Tbilisidə, Gürcüstanın Milli Parlament Kitabxanasında bu ölkənin əməkdar jurnalisti, 27 ildir "Assoşeyited Press" agentliyinin Qafqaz üzrə fotomüxbiri olan Şahvələd Eyvazovun 20 Yanvar faciəsini əks etdirən fotoşəkillərindən ibarət sərgi keçirilib.

 

Kult.az Report-a istinadən xəbər verir ki, müharibə veteranı olan Ş.Eyvazov Osetiya, Abxaziya, Çeçenistan, Qarabağ münaqişələrinə də fotoaparatı ilə şahidlik edib. Təcrübəli fotoqrafın qanlı gecədən sonra Bakıda həyatı bahasına lentə aldığı 400-dən çox fotoşəkli Azərbaycan xalqının müstəqillik yolunda yaşadığı ən qanlı-qadalı tarixi səhifəni canlandırır. Həmin fotoşəkillər bir neçə aparıcı xarici KİV-də işıq üzü görüb, dünya və Gürcüstan ictimaiyyətinin 20 Yanvar qətliamı barədə məlumatlandırılmasında xüsusi rol oynayıb. Ş.Eyvazovun fotoşəkilləri həm də Gürcüstanın Milli Arxivi və Gürcüstanın Milli Parlament Kitabxanasının fotoarxivində da saxlanılır.

29 il əvvəl yaşanan faciəvi günlərə qayıtmaq, xatirələri yada salmaq çətin olsa da, tanınmış soydaşımız Qara Yanvarda Bakıda gördükləri, yaşadıqları və kamerasının lentinə köçürdüyü ağrılı-acılı günlərlə bağlı xatirələrini bölüşüb.

- Şahvələd müəllim, necə oldu ki, 1990-cı ilin Qanlı Yanvar hadisələrində Bakıda oldunuz?

- Yanvarın 20-də mən o zamankı “Sovet Gürcüstanı” qəzetinin baş redaktoru İslam Əliyevlə Abxaziyada idim. Gecə saatlarında Bakıda qanlı hadisənin törədildiyi barədə məlumat aldıq. Yerimizdə qala bilmədik… Taksi çağırdıq… Yanvarın 21-də axşamüstü artıq Bakıda idim. Həmin gün çəkiliş aparmaq qeyri-mümkün idi. Bir həftə qaldım. Həmin vaxtlar həm “Qruzinform” agentliyinin xüsusi müxbiri idim, həm də "Assoşeyited Pres" ştatdankənar əməkdaşı kimi fəaliyyət göstərirdim.

Fotoşəkillərin çoxunu binaların pəncərələrindən lentə almışam. Yaxınlıqda olanlardan xahiş edirdim ki, pərdəni azacıq aralasınlar... Bakının hansısa rayonu idi, xalq sovet əsgərlərinə etiraz edirdi, hətta tərəflər arasında kiçik qarşıdurma da yaşandı. O zaman bir neçə kadr çəkdim. Amma sovet ordusunun əsgərləri fotoaparatı əlimdən aldılar.

- O günün Bakısı yaddaşınızda necə qalıb?

- Şəhərə çıxmaq təhlükəli idi. İnsanların üzərində dərin kədər və qəzəb hissi var idi... Bütün Bakıya dərin kədər çökmüşdü... Bir çoxları mənim foto çəkdiyimi heç görmürdü... Bəziləri isə çəkməməyimi xahiş edirdilər... Mən bir çox məqamları lentə almaqda özümdə güc tapmırdm...

- Sovet ordusu əsgərləri sizə işinizdə hər hansı bir maneə yaradırdımı?

- Fotoaparatı onlara tuşlayanda qəzəblənirdilər, hətta avtomata da əl atırdılar. Əsgərlərə rusca “TASS”-dan (Sovet İttifaqının Teleqraf Agentliyi – red.) olduğumu deyirdim. Onlar da “O, bizimkidir” («Он наш») qışqırıb, çəkilişə bir növ icazə verirdilər. Əsgərlərin çoxu onları çəkməyimdən xəbərsiz idi.

- O zamankı çətinlikləri və şəraiti nəzərə alaraq, fotoşəkilləri KİV-də necə işıqlandıra bildiniz?

- Fotoşəkilləri Gürcüstana dərhal göndərmək mümkün olmadı. O zaman indiki kimi nə internet, nə də mobil telefon var idi. Üç gündən sonra Bakıdan bir tanışımla plyonkaları banderol adı ilə Tiflisə yolladım. Fotoşəkillərin hamısının işıq üzü görməsinə imkan verilmədi. Əksəriyyəti "Assoşeyited Press"lə yanaşı, digər xarici mətbuatda da yayıldı. Lakin sovet rejiminin mövcud olduğu ölkələrdə fotoların hamısının dərc olunmasına icazə verilmədi.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti