Bir dəfə Rafaelin (Əməkdar artist Rafael İsgəndərov – red.) ağlına ideya gəldi ki, Rusiya televiziyalarının birində yayımlanan “Qorodok” verilişinin Azərbaycan variantını etsinlər.

Coşqunla çox əziyyət çəkdilər. Hətta mən də pencəklərimdən, qalstuklarımdan verirdim ki, hər səhnəcikdə geyim almaq məcburiyyətində qalmasınlar. Tələbə yoldaşımız Maqsud qrim ustası kimi işlədiyinə görə saqqal, bığ kimi aksessuarları tapıb, onlara verirdi.

Kult.az xəbər verir ki, bu sözləri tanınmış astroloq, jurnalist Səbuhi Rəhimli Modern.az-a müsahibəsində tələbə yoldaşları, əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərovla bağlı danışarkən deyib. O bildirib ki, aktyorlar sənətdə irəliləmək, bu yerlərə gəlib çıxmaq üçün çox əziyyətlər çəkiblər:

“Uzun əziyyətlərdən sonra “Bu şəhərdə” adı ilə populyarlaşıb sevildilər. Hətta “Bu şəhərdə” adlı restoran da açdılar. Çox sonralar Müşfiq Abbasovun köməkliyi ilə Rafaellə Coşqun bir az da parladılar. Amma təəssüf ki, bundan sonra cütlük tamaşalarda çıxış etmədilər, filmlərə çəkilmədilər, ancaq Heydər Əliyev Sarayında konsert verməklə kifayətləndilər”.

R.İsgəndərovun zarafatlarından danışan qrup yoldaşı S.Rəhimli bildirib ki, onların ailəsində hamı çox istedadlıdır:

“Bir dəfə bütün qrup uşaqları ilə Keşləyə, Rafaelgilə yığışmışdıq. Çox maraqlı keçmişdi. Rafaelin çox gözəl ailəsi, istedadlı bacıları var. Biz hətta ona demişdik ki, ailənizdə bircə sən kobudsan. Özü də bunu zarafatla qəbul edirdi, “bərdəliyəm, zır dəliyəm” deyirdi”.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti