|
Polşa SSRİ-nin İkinci Dünya müharibəsindəki fəaliyyətləri ucbatından ölkənin nə qədər zərərə məruz qaldığını araşdırmalıdır.
Axar.az xəbər verir ki, bunu “Reçpospolita” qəzetinə müsahibəsində Polşanın hakim Hüquq və Ədalət Partiyasından olan deputat Arkadiuş Mularçik deyib.
“Seymin növbəti sessiyası buna həsr edilməlidir. Artıq qonşularımız olan Baltikyanı dövlətlər bununla bağlı addımlar atıblar”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Mularçik Almaniyanın Polşaya vurduğu zərərlərin araşdırılması komissiyasına rəhbərlik edib.