|
Türkiyənin məşhur aktrisası Ayşən Qruda vəfat edib.
Kult.az xəbər verir ki, bu barədə “Hürriyyət” məlumat yayıb.
74 yaşlı aktrisa müalicə aldığı Dərindərə xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, aktrisa bir müddət əvvəl mədə qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Ayşən Qruda bir neçə filmdə əfsanəvi türk aktyoru Kamal Sunalın (Şaban) sevgilisi rolunu canlandırıb.