Azərbaycanda İmadəddin Nəsimi və hürufiliklə bağlı bir dənə də sanballı, dövrün tələbinə cavab verən monoqrafik tədqiqat yoxdur. Görülən yaxşı işlər isə səpələnmiş məqalələr halındadır.

Kult.az xəbər verir ki, bu sözləri filologiya elmləri doktoru, professor Aida Qasımova qeyd edib. O bildirib ki, son vaxtlar Qərb şərqşünaslığında və Türkiyədə bu sahədə xeyli işlər görülüb:

“Orxan Mir-Qasımov, Şahzad Bəşir, Fatih Usluər, Mustafa Ünverin əsərləri xüsusi qeyd edilməlidir. Usluərin “Cavidan-namə”nin türk dilindəki tərcümə variantını nəşr etdirməsi təqdirəlayiqdir. “Hürufilik” əsəri də dəyərli tədqiqatdır. Mən xüsusilə Orxanın və Şahzadın yazılarını çox bəyənirəm. Orxan “Sözün qüvvəti, orta əsr islam dövründə şiəçilik və sufizm arasında hürufi təlimi” (“Words of Power, Hurufi Teachings Between Shi'ism and Sufism in Medieval Islam”) əsərində hürufiliyin bir sıra nəzəri məsələlərini əks etdirib. Şahzad Bəşir (Stənford professoru) problemə tarixilik baxımından yanaşır. Onun “Fəzlullah Astarabadi və hürufilik” əsəri hürufiliyin meydana gəlməsini, Fəzlullah Astarabadinin fəaliyyətini və hürufilik təlimini öyrənmək üçün dəyərli mənbədir.

Professor Matt Melvin-Kouşkinin bəzi yazılarında da hürufiliklə bağlı məsələlər əks olunub. Maykl Reinxard Almaniyada Nəsimi divanının nəşri və tədqiqi ilə bağlı işlər görüb”.

Amerikalı tarixçi Patrisia Kronun “Erkən İran İslam Respublikasının nativist liderləri: kənd üsyanı və lokal zərdüştlük” (“The Nativist Prophets of Early Islamic Iran: Rural Revolt And Local Zoroastrianism”) əsərində də hürufiliklə bağlı bəzi məsələlərin yer aldığını bildirən Aida Qasımova bu kitabların tərcümə edilməsinin çox vacib olduğunu qeyd edib:

“Bütövlükdə bu əsərdə Babək hərəkatı, onun qaynaqları, islamda bidətçiliklə bağlı məsələlərə geniş yer ayrılıb. Ya Azərbaycan alimləri ingilis dilini öyrənməli, ya da bu kitablar Azərbaycan dilinə tərcümə edilməlidir”.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti