2019.01.26 - 15:07

Fransada “sarı jiletlər” aksiyasının 11-ci mərhələsi başlayıb. Etiraz aksiyası paytaxtda müxtəlif məhəllələrdə keçiriləcək.

Axar.az xəbər verir ki, bu həftə aksiyalar həmişəkindən fərqli olaraq Paris və Bordo şəhərlərində “sarı gecə” aksiyası ilə davam edəcək.

Bildirilir ki, etiraz aksiyaları zamanı polisin LBD silahlarından istifadə etməsi bir çox aksiyaçının ağır yaralanması ilə nəticələnib. Aksiya iştirakçılarının polisin belə silahlardan istifadə etməməsi çağırışlarına hökumət məhəl qoymayıb və LBD silahlardan istifadə olunacağı bildirilib.

Bu həftə “sarı jiletlər” aksiyaçılarına etiraz edən yeni “qırmızı yaylıqlar” aksiyası da keçiriləcək.

“Sarı jiletlər” aksiyası səngimədiyi bir vaxtda Sartruvil şəhərində milli debatlara qoşulan Baş nazir E.Fillip “vətəndaş təşəbbüsü referendumu”nun əleyhinə olduğunu bildirib.

Qeyd edək ki, “vətəndaş təşəbbüsü referendumu” “sarı jiletlər”in əsas tələblərindən biridir.

***

Fransada “sarı jiletlər” etiraz aksiyasının 11-ci həftəsində 69 min aksiyaçı iştirak edib, keçən həftə ilə müqayisədə iştirakçıların sayı azalıb.

Parisdə 4000 aksiyaçı olduğu qeyd edilib. Bastiliya meydanına toplaşan aksiyaçılar polis tərəfindən dağıdılıb. Qarşıdurmada yaralananlar var. Etiraz aksiyasının təşkilatçılarından olan Jerom Rodriqe gözündən yaralanıb.

Parisdə və digər böyük şəhərlərdə polislə qarşıdurma zamanı gözyaşardıcı qazdan və su şırnağından istifadə olunub.

Nümayişçilər “sarı gecə” aksiyası üçün Respublika meydanına toplaşıblar.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti