Siqaret çəkmək ilk növbədə insan sağlamlığına zərər vurur, onun bədənini zəiflədir. Bədən və sağlamlıq isə Allahın insana əmanətidir. Siqaret çəkməklə sağlamlığımızı korlayır, Allahın bizə əmanət etdiyinə xəyanət edirik.

Bu sözləri Axar.az-a dini ekspert Rəsul Mirhəşimli Türkiyənin Dini İşlər üzrə İdarə sədri Əli Ərbaşın siqaret çəkməyin haram olması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

R.Mirhəşimli bildirib ki, əslində, bütün pis vərdişlərdən çəkinmək lazımdır. Siqaret də aludəçilik yaradan bir vərdiş olduğu üçün ondan istifadə etməmək daha düzgündür:

“Xeyirsiz şeylərə pul xərcləmək israfdır. İsraf isə Allahın sevmədiyi əməllərdən sayılır. Allah Qurani-Kərimdə buyurur: “Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin (malını) lazım olmayan yerə sərf etmə. Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur” (“İsra” surəsi, ayə 26-27).

Siqaret çəkməyin orqanizmə zərərli olması tibb mütəxəssisləri tərəfindən sübuta yetirilib və siqaretin insanda hansı xəstəliklər yaratması barədə həkimlər durmadan xəbərdarlıq edirlər. Bizim bədən dediyimiz, əslində, Allahın mülküdür. Biz isə bu mülkü qorumaq əvəzinə onu xarab etməklə məşğuluq.

Siqaret, eyni zamanda, ətrafdakı insanlara, xüsusilə də uşaqlara ciddi zərər verir. Çünki uşaqların olduğu otaqda siqaret çəkmək təkcə onu çəkənə deyil, uşaqların da sağlamlığına ciddi ziyan vurur. İnsan cəmiyyətin gələcəyini qorumaq üçün mükəlləfdir. Uşaqların sağlamlığına ziyan vurmaq bahasına siqareti “özümüzü sakitləşdiririk” deyə çəkməyimiz bəhanədən başqa bir şey deyil”.

R.Mirhəşimli əlavə edib ki, əslində, dinimiz bütün pis vərdişlərdən çəkinməyi tövsiyə edir. Siqaret də həmin vərdişlərdən biridir:

“Bu məsələdə din alimləri arasında müxtəlif fikirlər mövcuddur. Bəziləri siqaretin haram olması barədə fitva verir, bəziləri isə sağlamlığa ziyan vurduğu üçün bu vərdişdən uzaq olmağı tövsiyə edir. Hər halda insan orqanizminə zərərli olduğu üçün istər haram olsun, istərsə də olmasın, istifadəsi ziyandır. İradəsi çatan hər kəsin bu vərdişdən aralı durması həm özünün sağlamlığını qorumaq baxımından, həm də başqlarına ziyan vurmamaq üçün faydalıdır”.

Qeyd edək ki, Türkiyə məscidlərində imamlara siqaret çəkmək qadağan olunub. Bu barədə Türkiyənin Dini İşlər üzrə İdarəsi qərar verib.

İdarənin sədri Əli Ərbaş bildirib ki, siqaret çəkmək haramdır və din xadimləri tütün məmulatları istifadə etməməlidir.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti