|
Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda Respublika elmi konfransının keçirilməsi haqqında əmr imzalayıb.
Kult.az xəbər verir ki, əmrdə konfransa hazırlıq işlərinin görülməsi və onun keçirilməsi ilə bağlı məsələlərin həlli üçün təşkilat komitəsi yaradılması haqda göstəriş qeyd olunub.
Kamal Abdullanın sədr olduğu təşkilat komitəsinin sədr müavinləri Ə.Abdullayev (prorektor, professor) və M.İmanov (akademik) təyin edilib.
Bundan başqa, daxil olan məruzələri seçərkən maksimum obyektivliyə riayət etmələri, onların elmi səviyyəsinə diqqət yetirmələri, konfransın mövzusuna uyğun gəlməyən materialları qəbul etməmələri, həmçinin konfrans zamanı seçilmiş, yüksək elmi tutumlu məruzələrin universitetdə nəşr olunan elmi jurnallarda dərc olunmasının tövsiyə edilməsi təşkilat komitəsinə tapşırılıb.