Türkiyə Prezidentinin arxivindən Hürrəm Sultanın Qanuni Sultan Süleymana məhəbbət məktubları ictimaiyyətə açıqlanıb.

Kult.az Azərtac-a xəbər verir ki, məktublarda böyük eşq və həsrət hissləri dərin ədəbi üslubla öz əksini tapıb. Hürrəm Sultanının 1526-cı ildə əri Qanuni Sultan Süleymana göndərdiyi məktublar Osmanlı dövrünün tarixi ilə maraqlananlar və tədqiqatçılar üçün əvəzsiz mənbədir. Eyni zamanda, bu namələr dövrünün ən gözəl nəsr və nəzm nümunələri hesab oluna bilər. Məktub aşağıdakı lirik sözlərlə başlayır: “Sultanım, padşahım! Məhəbbət bağını andıran gözəl çöhrənizin çiçəkləri ilə bəzənmiş dualarımı və gözlərinizin insanı cuşa gətirən şərabı ilə dolub-daşan hisslərimi səhər vaxtı həsrət guşəsində ah çəkənlər və gecələr ayrılıq diyarında inləyənlərlə birgə səadət ulduzum olan Sultanımın hüzuruna ithaf edirəm”.

Ukrayna mənşəli olan Hürrəm Sultanın Osmanlı türkcəsində yazılmış təşbihlərinı heyrətsiz oxumaq mümkün deyil: “Mən Allahın yaratdığı Kainatda qaib olmuş birisiyəm. Ömrümün baharını sizin mücəvhər qutusunun bir incisi kimi mühafizəniz altında yaşadım. Həsrət acısı ilə yanıb-tutuşan və çəkdiyi iztirablar üzündən pərişan olan bu çarəsiz qulunuzun dəyərsiz sızlamalarını qəbul edin. Sizin yanınızda olmaqdan duyduğum xoşbəxtlik hisslərini anlatmağa qələmlər yetməz. Bu xatirələrin sayəsində bir az da olsa təsəlli tapıram. Əsən küləklər çəkdiyim acıları sizə çatdırsa, o zaman anlarsınız ki, qulunuzun vəziyyəti fəryad edən bülbül kimidir”.

Arxiv İdarəsi Hürrəm Sultanın “göz yaşları ilə islanmış libasımı sizə göndərdim” sözləri ilə başlayan məktubu, Qanuni Sultan Süleyman dövrünün ən görkəmli şəxsiyyətlərindən biri, tarixdə “Parqalı” ləqəbi ilə qalmış İbrahim paşanın xanımı Xədicə Sultana yazdığı poetik namələri də ictimaiyyətlə bölüşüb. Sədr-əzəm İbrahim paşanın Avropa ölkələrinin fəthi və Təbriz yaxınlarından göndərdiyi məktublar isə tarixçilər üçün yeni mənbə olacaq.

17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti