|
2080-ci ilə qədər tropik və subtropik regionlarda istidən ölənlərin sayı 5 dəfə artacaq.
Axar.az xəbər verir ki, bu iddia ilə Avstraliya alimləri çıxış edib. Alimlər ölüm hallarının ən çox Avstraliyada müşahidə ediləcəyini deyiblər. Belə ki, burada ölüm hallarının 471% artacağı vurğulanıb. Eyni prosesin Hindistan, Yunanıstan, Yaponiya və Kanada da müşahidə olunacağı bildirilib.
Alimlərin fikrincə, istiliyin artmasına görə materiklərdə tez-tez yanğınlar baş verəcək.