|
Çinin telekommunikasiya nəhəngi “Huavey” heç vaxt heç kəsdən kəşfiyyat məlumatı toqlamaqla bağlı tələb almayıb.
Axar.az xəbər verir ki, bu barədə şirkətin direktorlar şurasının sədri Lyan Hua danışıb.
“Biz 30 ildən artıqdır müxtəlif ölkələrdə ticarət aparırıq və həmişə də dövlətlərin qanun və tələblərinə əməl etmişik”, - sədr bildirib.
Onun sözlərinə görə, şirkət digər ölkələrdə istifadə etdiyi avadanlıqların “no-spy” və “no-backdoors” tələbləri ilə uyğun gələcəyinə zəmanət verməyə hazırdır.
Qeyd edək ki, ABŞ “Huavey”ə qarşı casusluq ittihamı ilə sanksiyalar tətbiq edib.