ADY nümayəndələri 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi (“TransLogistica Caspian”) çərçivəsində “Xəzər regionunda multimodal daşımalar: Səmərəli nəqliyyat logistikasının təmin edilməsində perspektivlər və çağırışlar” panelində iştirak ediblər.
“Yol-xeber.az”ın məlumatına görə, Müzakirələrdə Azərbaycanın Orta Dəhlizlə həyata keçirilən daşımalardakı rolunun artdığını, əməliyyatların optimallaşdırılması məqsədilə dəhliz iştirakçısı ölkələrlə vahid koordinasiya sisteminin yaradıldığını qeyd ediblər.
İştirakçılar Orta Dəhlizin sanksiyalardan azad strateji marşrut olmasının üstünlüyünü xüsusi vurğulayıblar.