22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi (“TransLogistica Caspian”) çərçivəsində “Dəmiryol nəqliyyatının rəqəmsallaşdırılması” mövzusunda panel müzakirələri təşkil olunub.
“Yol-xeber.az”ın məlumatına görə, Paneldə ADY-nin Rəqəmsal inkişaf departamentinin baş məsləhətçisi Asif Hüseynov yükdaşıma əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində ADY-nin qonşu ölkələrlə effektiv elektron məlumat mübadiləsi apardığını, rəqəmsal həllərin tətbiqi nəticəsində əməliyyat sürətinin artdığını bildirib.
Panel iştirakçıları dəmiryol əməliyyatlarının rəqəmsallaşdırılmasının daha geniş regional əməkdaşlıq baxımından əhəmiyyətini qeyd ediblər.
