|
Yol-xeber.az" xəbər verir ki, Xaçmaz rayonu Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 20-ci km-dən ayrılan Hülövlü- Sərkərli- Alıcqışlaq- Qədimalıqışlaq- Rəhimova avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulub.
Avtomobil yolu təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yol 4-cü texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilib. Ümumi uzunluğu 30 km təşkil edən yolun eni 10 metrə qədər genişləndirilib, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
Tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirmə işləri aparılıb, yeni yol yatağı inşa olunub. Bunun ardınca qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri görülüb.
Torpaq işləri bitəndən sonra yeni asfalt-beton örtüyün döşənməsi işlərinə başlanılıb. Bundan başqa zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruların quraşdırılması işləri aparılıb.
Layihə çərçivəsində 1 aşırımlı, 13 metr uzunluğa malik yeni avtomobil körpüsünün inşası da icra olunub.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq aparılan yenidənqurma işlərindən sonra layihəyə uyğun avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədilə yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib.
Müasir şəkildə yenidən qurulan yolun istifadəyə verilməsi ilə yol boyu 10 yaşayış məntəqəsində yaşayan əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci km-də yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri yekunlaşıb.
Layihəyə uyğun olaraq öncə keçidin deformasiyaya uğramış aşırım hissəsinin sökülməsi işləri aparılıb. Daha sonra keçidin yeni aşırım hissəsinin quraşdırılması həyata keçirilib.
Bərpa işləri zamanı keçidin fasadı, tavanı və döşəməsi əsaslı şəkildə təmir olunub, alt hissədə və kənarlarda olan üzlük materialları yeniləri ilə əvəzlənib.
Bundan başqa, keçidin yan şüşələrinin metal torlarla əvəzlənməsi və işıqlandırma sisteminin yenilənməsi işləri icra olunub.
Qeyd edək ki, təmir-bərpa işləri zamanı 36 metr uzunluğa malik sözügedən keçidin yerdən hündürlüyü 4.5 metrdən 5.6 metrə qədər artırılıb.
Beləliklə, keyfiyyətli materiallardan istifadə edilərək yenidən qurulan piyada keçidi vətəndaşların istifadəsinə verilib.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Masallı rayonunda respublika əhəmiyyətli Masallı dəmir yolu stansiyası avtomobil yolunun 4-cü km-dən ayrılan Ləngan, Əhmədli, Təklə-Viləş, Təklə-Mollahəsənli, Həsənli-Köçəkli, Bala-Təklə-Şərəfə, Qədirli-Xallıcalı, Hüseynhacılı-Öncəqala avtomobil yolları əsaslı şəkildə yenidən qurulub.
Ümumi uzunluğu 38 km olan avtomobil yollarının eni 10 metrə qədər genişləndirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.
Layihə üzrə yolboyu texnoloji ardıcıllığa riayət olunmaqla torpaq işləri, suötürücü boruların quraşdırlıması, yol əsasının tikintisi və ikiqat yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunaraq yekunlaşdırılıb.
Aparılan işlər çərçivəsində layihənin Təklə-Viləş hissəsində Viləş, Taxta və Ağqobu çayları üzərində yerləşən mövcud avtomobil körpülərinin cari təmiri də həyata keçirilib.
“İnşaat Norma və Qaydaları”na əsasən layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 27 yaşayış məntəqəsində yaşayan 51 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
YOLUNUZ AÇIQ OLSUN...
İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının uçurduğu Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində dağılmış avtomobil körpüsünün yerində yenisinin inşası sürətlə davam edir.
İki aşırımlı yeni körpünün uzunluğu 66, eni isə 14.5 metr olacaq. Körpüdə piyadalar üçün 2 hərəkət zolağı da nəzərdə tutulub.
Artıq sözügedən körpünün dayaqlarının, orta dayaq bünövrəsinin və sütunlarının inşası yekunlaşıb. Dayaqlar üzərində aşırım tirlərinin montaj işləri də tamamlanıb. Hazırda tirlərin üzərinin betonlanması üçün hazırlıq işləri aparılır. Bundan başqa çay məcrasında mühafizə bəndinin və istinad divarlarının inşası da davam etdirilir.
Yeni körpünün tikintisinin qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunaraq işlər fasilə verilmədən davam etdirilir.
Xatırladaq ki, yeni körpü inşa edilənədək vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə yeni alternativ yol çəkilərək istifadəyə verilib. 200 metr uzunluğa malik sözügedən müvəqqəti yol körpüdən təxminən 50 metr qərb istiqamətdə inşa olunub.
Bundan başqa sürücülər müvəqqəti alternativ yol kimi Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən yoldan da istifadə edə bilərlər.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bayram tətili günlərində paytaxt Bakının bir neçə ərazisində təmir-bərpa işləri aparılıb.
Belə ki, noyabr ayının 10 və 11-də Nəsimi rayonu, Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə təmir-bərpa işləri icra olunub.
Anoloji işləri noyabr ayının 12-də Əbdülvahab Salamzadə küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsində yerləşən yolötürücüsü üzərində də aparılıb.
Bundan başqa bayram günlərində şəhər yollarında hərəkət intensivliyinin azalmasından istifadə edilərək avtomobil tunellərində, tunellərə giriş və çıxış yollarında, həmçinin yerüstü və yeraltı piyada keçidlərində təmizlik, işıqlandırmanın bərpası, yol nişanları və elementlərinin yuyulması, müxtəlif təmir-bərpa işləri icra olunub.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində yeni yerüstü piyada keçidinin inşası davam edir.
Layihə üzrə keçidin uzunluğu 57 metr, daxili eni 3.5 metrdir. Yol səviyyəsindən hündürlüyü 5.8 metr təşkil edən keçid üstüqapalı və torşəkilli metal konstruksiyadan ibarət olacaq.
Layihəyə uyğun olaraq gecə saatlarında keçidin aşırım hissəsinin quraşdırılması həyata keçirilib.
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Bir neçə gün öncə Ələsgər Qayıbov küçəsi ilə Heydər Əliyev prospektinə doğru hərəkətdə olan yük maşınının naməlum səbəblərdən idarəetmədən çıxaraq Heydər Əliyev prospektinin yan yolu ilə əsas yolu ayıran divara çırpılması nəticəsində bir hissəsi deformasiyaya uğrayaraq dağılan divarın bərpası yekunlaşıb.
Qeyd edək ki, qəza ilə bağlı məlumat daxil olan kimi, dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülürək bərpa işləri aparılıb.
YOLUNUZ AÇIQ OLSUN..
Yol-xeber.az" xəbər verir ki, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 156 km-dən ayrılan Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun inşası yekunlaşıb.
Əsasən çınqıl və qara örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı.
22.4 km uzunluğu olan sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Yolun hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.
Layihə çərçivəsində yolboyu torpaq işləri yerinə yetirilib, yol yatağının yararsız qruntunun çıxarılması, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi, yeni yol yatağının inşası işləri icra olunub və yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Aparılan işlər çərçivəsində yolboyu suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 130 suötürücü borunun təmiri, zəruri yerlərdə yenilənməsi və layihə üzrə yolun əhatə etdiyi yaşayış məntəqələrinin daxilindən keçən və ümumi uzunluğu 970 metr olan su arxlarının bərpası işləri icra olunub.
Layihənin sonuncu mərhələsində yol nişanları, avtobus dayanacaqları, siqnal dirəkləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri aparılıb.
Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun müasir səviyyədə yenidən qurulması ilə Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunacaq, yük və sərnişin daşıması xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaranacaq. Bu isə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə birbaşa təsir edən kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, kənd təsərrüfatının inkişafını sürətləndirmək məqsədilə respublikanın yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər davam etdirilir.
Bu çərçivədə Ağsu rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun 19-cu km-dən ayrılan Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba marşrutu üzrə avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 10 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən yol infrastrukturu layihəsinin icrası davam edir.
Uzunluğu 26.4 kilometr olan torpaq əsaslı avtomobil yolu təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yol 4-cü texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilir. Yolun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən texnoloji ardıcıllığa uyğun şəkildə aparılan işlər çərçivəsində artıq yolun 17 km-lik hissəsində asfalt örtüyünün vurulması işləri yekunlaşıb, yolun 9.4 km hissəsində isə yol əsasının inşası son mərhələdə olmaqla davam edir.
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri də icra olunub.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəklərinin və km göstəricilərinin, dayanacaqların quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Agentlik tərəfindən bu tədbirlər çərçivəsində daha iki layihənin icrasına start verilib.
Belə ki, M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 262 və 266-cı km-lik hissələrində yerüstü piyada keçidləri inşa olunur.
Qeyd edək ki, hər iki yerüstü piyada keçidi metal konstruksiyalıdır.
Avtomobil yolunun 262-ci km-də inşa edilən yerüstü piyada keçidinin ümumi uzunluğu 46.8 metr, eni 3.3 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.
Keçiddə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
Agentlik tərəfindən avtomobil yolunun 266-cı km-lik hissəsində inşa olunan piyada keçidinin isə uzunluğu 45 metr, hərəkət hissəsinin eni 3.3, yol səviyyəsindən hündürlüyü 5.5 metrdir.
Hazırda keçidlərdə svay işləri aparılır.
Hər iki keçidin tikintisi layihəsi çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacaqlarının quraşdırılması və ətrafın abadlaşdırılması işləri görüləcək.
Qeyd edək ki, piyada keçidləri vətəndaşların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilib. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
YOLUNUZ AÇIQ OLSUN...