|
Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Agentlik tərəfindən bu çərçivədə avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yerüstü piyada keçidlərinin inşası davam etdirilir.
Bu istiqamətdə M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72.5-ci km-də piyada keçidinin tikintisi artıq yekunlaşmaq üzrədir.
Layihə üzrə keçidin ümumi uzunluğu 48.6, eni 3 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5.5 metr olan keçid metal konstruksiyalıdır.
Hazırda keçiddə son tamamlama işləri görülür.
Layihə çərçivəsində piyada keçidinin ətrafında abadlaşdırılma işləri də icra olunacaq.
Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.
Agentlik tərəfindən bu çərçivədə piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə, Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 11-ci km-də yeni piyada keçidinin inşası davam etdirilir.
Layihə üzrə keçidin ümumi uzunluğu 46 metr, daxili eni 3.50 metr, qalereyasının eni 4.5 metrdir.
Yol səviyyəsindən hündürlüyü 6.80 metr olan keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir.
Artıq keçiddə orta və yan dayaqların tikintisi, piyada panduslarının quraşdırılması yekunlaşıb. Hazırda məhəccərlərin quraşdırılması işləri icra olunur.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin aparılması da nəzərdə tutulub.
Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, görünüşü ilə şəhərin görkəminə xüsusi rəng qatacaq.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Prezidentinin tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası fasilə verilmədən davam etdirilir.
Bu çərçivədə Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşasına başlanılıb.
Uzunluğu 80 km, hərəkət hissəsinin eni 9 metr, torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı II texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir.
Layihənin çətin relyefə malik dağlıq ərazidən keçən hissələrində torpaq yatağının genişləndirməsi üçün qaya tipli süxurların mexanizmlə kəsilməsi, layihə eninin alınması üçün qayaların partladılması üsulundan istifadə olunacaq.
Yeni inşa edilən yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin tikintisi aparılır. Bundan başqa yol boyu 6 körpünün, lazımi yerlərdə istinad divarının inşası da nəzərdə tutulub.
“İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata keçirilən layihənin icrası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır.
Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Yol-xeber.az" xəbər verir ki, Zığ-Hava limanı avtomobil yolunun (beton yol) Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində təmir-bərpa işlərinə start verilib.
Təmir-bərpa işləri hazırda avtomobil yolunun 4-5-ci km-də aparılır.
Uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun müəyyən hissələrində monolit-beton örtükdə çatlar və dağılmış hissələr yaranıb.
Təmir-bərpa işləri çərçivəsində yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri və yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra yol yatağı xüsusi material tökülərək yenidən kipləşdirilir, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılır.
Bu işlər yekunlaşdıqdan sonra yola lazımi qalınlığında monolit-beton tökülərək örtük bərpa olunur.
Sonda təmir-bərpa işləri yekunlaşan hissə üzrə yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri də yerinə yetiriləcək.
Qeyd edək ki, sözügedən yol ilə nəqliyyat axının intensivliyi nəzərə alınaraq hərəkət məhdudlaşdırılmayıb. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından işlərin aparıldığı hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilib.
Təmir-bərpa işləri “İnşaat Norma və Qaydaları”na uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti yüksək keyfiyyətlə icra olunur. İşlərin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Böyükşor–Pirşağı avtomobil yolunun tikintisinə start verilib.
Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması və nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq yeni Böyükşor–Pirşağı avtomobil yolunun uzunluğu 12,7 km-dir.
Yeni avtomobil yolu altı hərəkət zolağından ibarət olacaq.
Hazırda layihə üzrə torpaq işləri, ərazinin təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası işləri həyata keçirilir.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun icra edilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Qeyd edək ki, yol başlanğıcını Böyükşor gölündən götürməklə Məmmədli və Kürdəxanı qəsəbələrindən keçib, Pirşağı qəsəbəsinə qədər uzanacaq.
YOLUNUZ AÇIQ OLSUN..
Yol-xeber.az" xəbər verir ki, Qax-Qaşqaçay-Armudlu avtomobil yolunun 11-ci km-dən ayrılan və uzunluğu 12.5 km olan Aşağı Malax-Qaşqaçay-Armudlu yaşayış məntəqələrini əlaqələndirən avtomobil yolları əsaslı şəkildə yenidən qurulub.
IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 10 metrdir.
Aparılan işlər çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, yeni yol əsasının inşası yerinə yetirilib, yolboyu yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Layihə üzrə yolun Qaşqaçay hissəsində 830 və 150 metr uzunluğa malik iki köhnə arx qazılaraq, yenidən tikilib. Uzunluğu 830 metr olan arxın ətrafına 640 p/m səki daşı düzülüb, 200 metr uzunluğunda istinad divarının, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların da inşası aparılıb.
Tikinti çərçivəsində Qaşqaçay-Armudlu kənd yollarını birləşdirən 2 aşırımlı, 36 metr uzunluğa malik yeni avtomobil körpüsü inşa olunub.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 3 yaşayış məntəqəsinin 1600 nəfər əhalisinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən Agentliyin rəhbərliyinin nəzarəti altında icra olunub.
Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində Əhməd Rəcəbli küçəsinin təmiri aparılır.
Təmir işləri sözügedən küçənin Albert Aqarunov küçəsindən Ziya Bünyadov prospektinə qədər olan 910 metrlik hissəsində icra olunur.
Ortalama eni 31 metr təşkil edən küçədə təmir çərçivəsində hazırda küçəboyu frezlənmə, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə piyada səkilərinin bərpası işləri davam edir, yararsız səki daşlarının yenilənməsi və piyada panduslarının quraşdırılması işləri aparılır.
Daha sonra küçəyə yeni asfalt-beton örtüyü döşənəcək.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
İşlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, 8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir.
Qeyd edək ki, 8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.
Əsaslı təmir işləi prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Zığ dairəsi istiqamətində aparılır. Hazırda ərazidə köhnə səki daşlarının söküntüsü işləri aparılır.
Xatırladaq ki, işlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılmayıb. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilib.
Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Yol-xeber.az" xəbər verir ki, Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı təmir-tikinti işlərinə başlanılıb.
Təmir-tikinti işləri zamanı küçə və yollarda zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa edilir. Sadalanan işlərin ardınca iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq asfaltlanma işləri bitən küçələrdə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunacaq, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yol infrastrukturu yaradılacaq.
Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Gəncə şəhərinin daxili avtomobil yollarının təmiri ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı təmir-tikinti işləri aparılıb.
Belə ki, Sərəncama əsasən Gəncə şəhərində Süleyman Rüstəm və digər 52 adda küçənin təmiri aparılıb. Təmir olunan küçələrin ümumi sahəsi 522 min m2 təşkil edir.
Təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülüb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa edilib. Sadalanan işlərin ardınca iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Layihə çərçivəsində zəruri olan yerlərdə vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkiləri bərpa olunub, yeni piyada səkiləri inşa edilib, kənarlarına səki daşları düzülüb.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq sonda hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi icra olunub, küçə və yollara zəruri yol nişanları, məlumatverici lövhələr quraşdırılmaqla müasir yol infrastrukturu yaradılıb.
Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılıb. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Ümumilikdə yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində Gəncə şəhərində aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, rahat gediş-gəlişi təmin edəcək.
YOLUNUZ AÇIQ OLSUN...