Piyada ölümlərinin artmasına səbəb nədir? - VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi növbəti dəfə piyadalara müraciət edib

Dəfələrlə xəbərdarlıq edilməsinə,təbliğat və marifləndirici tədbirlərin görülməsinə baxmayaraq, hələ də bir çox piyadalar yol hərəkəti qaydalarına əməl etmirlər. Bunu 11 ayın yol nəqliyyat hadisələrinin statistikasına nəzər salanda da görmək olur. 11 ay ərzində yol nəqliyyat hadisələri zamanı təkcə Bakı şəhərində ümumilikdə 167 nəfər ölüb ki, onların da arasında üstünlük təşkil edən piyadalardır. Bakı şəhər Baş Dövlət Yol Polisi Idarəsi piyadalara bir daha xəbərdarlıq edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovun sözlərinə görə, cari ilin 11 ayı ərzində Bakı şəhəri ərazisində 488 yol yol-nəqliyyat hadisəsi baş verib. Bu zaman 167 nəfər ölüb, 438 nəfər isə xəsarət alıb. Hadisələrin təhlili onu göstərir ki, piyadaların vurulması ilə nəticələnən 294 yol qəzası baş verib ki, bu hadisələr zamanı 107 nəfər ölüb, 187 nəfər isə xəsarət alıb.

Vaqif Əsədov bildirdi ki, aparılan təbliğat işləri, yol hərəkəti iştirakçılarının marifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə baxmayaraq bəzi piyadalar yol hərəkəti qaydalarına əməl etmirlər. Elə buna görə də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi növbəti dəfə piyadalara müraciət edib.

 

Bununla yanaşı, piyadalara tövsiyyə olnur ki, yolda hərəkət zamanı qulaqcıqlardan istifadə etməsinlər, geyimlərinin üzərində işıqqaytarıcı elementlərin olmasına diqqət etsinlər.

 

Xəbər lenti