Azərbaycanda qatar qəzalarının qarşısı belə alınacaq - İLK DƏFƏ
GPS sistemi vasitəsilə bunlara nəzarət olunacaq

“Azərbaycan Dəmir Yolları” QSC-də qatarlara ilk dəfə olaraq GPS sistemi quraşdırılacaq.

Bunu Yol-xeber.az-a açıqlamasında QSC-nin İnnovasiyaların təhlili və tətbiqi şöbəsinin rəisi Nəriman Nağıyev bildirib. Onun sözlərinə görə, quraşdırılacaq sistem vasitəsilə maşinistə xəbərdarlıq olunacaq:

“Qatar hərəkətdə olan zaman qarşıda maneə, təhlükə olarsa, sistem vasitəsilə hərəkət sürətinə nəzarət olunacaq və mühərrikin işini məsafədən dayandırmaq imkanımız olacaq.

 

Məsələn, qatar sürətli hərəkət edir, qəfil şəkildə qarşıya maşın və digər maneə çıxır, sürət azalana kimi arıtq problem yaranır. GPS sistemi vasitəsilə bunlara nəzarət olunacaq. Bu proses 2020-ci ildə mərhələli şəkildə həyata keçiriləcək”.

QSC rəsmisi bildirib ki, Bakı-Astara dəmir yolu xətti ilə bağlı layihədə yolların əsaslı təmiri və elektrikləşdirilməsi yer alır:

“Bakıdan Astaraya qədər olan dəmir yolu xəttinin 243 km-lik hissəsi yenidən qurulacaq. Bu zaman birxətli yolun ikixətli edilməsi, elektrikləşdirilməsi və işarə vermə rabitə sisteminin quraşdırılması planlaşdırılır. Bu işlər çərçivəsində torpaqların alınması prosesi ilin sonuna qədər yekunlaşdırılacaq”.

Xəbər lenti