Bayram günlərində ölkədaxili sərnişin qatarları 29 mindən çox sərnişin daşıyıb
İstirahət günlərində beynəlxalq marşrut üzrə daha çox tələbat Bakı-Tbilisi-Bakı qatarına olub

Sərnişindaşımaya olan təlabatın artdığını nəzərə alaraq, dekabrın 27-dən bu günə qədər ölkədaxili və Bakı-Tbilisi-Bakı sərnişin qatarlarına əlavə vaqonlar qoşulub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib. 

Məlumata görə, bayram günlərində ölkədaxili sərnişin qatarları 29 203 sərnişin daşıyıb. Onlardan 9 074-ü Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı ilə hərəkət edib. Sərnişinlərin mənzil başına rahat, təhlükəsiz çatması üçün müvafiq tədbirlər görülüb, süni qiymət artımına imkan vermədən maneəsiz gediş-gəliş təmin olunub. 

 

İstirahət günlərində beynəlxalq marşrut üzrə daha çox tələbat Bakı-Tbilisi-Bakı qatarına olub. Həmin müddətdə beynəlxalq sürət qatarına sxemdən əlavə 71 vaqon qoşulub və 7 608 sərnişin daşınıb. Əgər adi günlərdə Bakıdan və Tbilisidən orta hesabla 200 sərnişin daşınırdısa, bayram günlərində bu rəqəm  957 nəfərtəşkil edib. Yanvarın 5-də isə qatar vasitəsilə Tbilisidən ölkə ərazisinə 728 nəfər gəlib. 

Xəbər lenti