Heydər Əliyev prospektində sürət həddi həmişəlik endirildi - FOTO
Sürət həddi 120 km/saatdan 110-a endirildi

Yanvarın 17-dən etibarən Heydər Əliyev prospekti- (Böyük Şor Qovşağı ilə kəsişmədən başlayaraq) Mərdəkan-Zaqulba və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında zolaqlar üzrə sürət həddi dəyişdirilib. Dəyişikliyə əsasən, hər magistralda maksimal sürət həddi 110 km/saat müyyən edilib. Yol-xeber.az xəbər verir ki, bununla əlaqədar digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənir. Belə ki, Bakı Nəqliyyat Agentliyinin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib. Bu gündən sürət hədlərinin endirilməsi təmin olunub.

Qeyd edək ki, indiyədək Heydər Əliyev prospektində sürət həddi 120 km/saat idi.

Bakı Nəqliyyat Agentliyi sürücülərimizdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.

 

 

Xəbər lenti