20 Yanvar dairəsində edilən dəyişiklik sürücülərə problem yaratdı - VİDEO
Avtobuslar geriyədönmə etməkdə çətinlik çəkir

“20 Yanvar” dairəsində dəyişiklik edilib. Yol-xeber.az xəbər verir ki, “Şamaxinka” istiqamətindən gələn avtomobillər Zərdabi prospektinə birbaşa daxil ola bilmir. Həmin nəqliyyat vasitələri Müzəffər Həsənov küçəsi ilə qalxmalı və Şərifzadə ilə kəsişmədən geriyə dönərək Zərdabi prospektinə daxil olmalıdırlar. Eyni zamanda Müzəffər Həsənov küçəsindən gələn nəqliyyat vasitələri və avtobuslar məcburi olaraq Zərdabi prospektinə daxil olmalı və geriyə dönmə edərək 20 yanvar dairəsinə getməlidirlər.

Təbii ki, tıxacın qarşısının alınması üçün bu yaxşı addımdır. Lakin iritutumlu avtobuslar Zərdabi prospektində geriyədönməni birfədəyə edə bilmir. Çünki yolun kənarında dayanma-durma qaydalarını pozaraq park etmiş avtomobillər maneə yaradır. Nəticədə ərazidə tıxac yaranır. Yaxşı olardı ki, həmin avtomobillər geriyə dönmə istiqamətindən götürülsün ki, avtobuslar da rahat dönmə edə bilsinlər.

 

Xəbər lenti