|
Xırdalan şəhərində qayda pozan iki sürücünün görüntüsü sosial şəbəkədə yayılıb. Yol-xeber.az xəbər verir ki, görüntü Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 592 saylı xətt üzrə fəaliyyət göstərən marşrut avtobusu və digər minik avtomobili əks istiqamətə çıxaraq axına qarşı hərəkət ediblər. Həmin sürücülər qarşıdan gələn avtomobilin hərəkətinə mane olub.
Xırdalan şəhərinin yolları bərbad olan vaxtlarda yol polisləri sürücülərə güzəştlər edirdi. Yollar təmir olunduqdan sonra sərt addımlar atılacağı bildirilirdi. Heydər Əliyev prospekti və digər küçələr tam təmir olunub istifadəyə verilməsinə baxmayaraq sürücülər hələ də özbaşnalıq edir, yol polisi isə susur.