Bakı qeydiyyatlı şəxslər bölgələrdən necə qayıda bilər?                      - DİN-dən AÇIQLAMA
inzibati xəta haqqında protokolun sürəti mütləq qaydada barəsində icraat aparılan şəxsə verilir

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran digər suallara da aydınlıq gətirib.

Avtosfer.az həmin sual və cavabları təqdim edir:

Hazırda respublikanın digər rayonlarında olan Bakı qeydiyyatlı şəxslərin paytaxta qaytarılmalarına icazə verilirmi, verilirsə onlar necə qayıda bilərlər?

 

Respublikanın şəhər və rayonlarına gedən Bakı şəhəri üzrə daimi qeydiyyatda olan şəxslər öz avtomobilləri ilə, avtomobilləri olmayanlar isə rayonun və şəhərin hüdudunadək taksilərdən istifadə etməklə paytaxta geri qayıda bilərlər.

Polis əməkdaşı karantin rejiminin pozulması haqqında inzibati protokol tərtib etdikdən sonra onun bir nüsxəsini vətəndaşa təqdim etməlidirmi?

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolun sürəti mütləq qaydada barəsində icraat aparılan şəxsə verilir.

Ev heyvanlarını gəzdirmək üçün icazə necə alınır?

Ərzaq və dərman almaq üçün, habelə bank və poçt xidmətlərindən istifadə etmək üçün SMS vasitəsi ilə icazəsi olan şəxslər 2 saat müddət ərzində ev heyvanlarını da gəzdirə bilərlər.

Xəbər lenti