|
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata əsasən, bu çərçivədə rayonun Rəsulzadə qəsəbəsi üzrə ümumi uzunluğu 3 kilometr təşkil edən küçə və yollarda təmir işləri aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Proqrama uyğun olaraq, rayonun Xocasən qəsəbəsi üzrə də 4,5 kilometr uzunluğunda qəsəbədaxili küçə və yolların təmiri davam etdirilir. Burada nəzərdə tutulan işlərin böyük əksəriyyəti artıq yekunlaşdırılıb.
Sonrakı mərhələdə Binəqədi qəsəbəsi üzrə 5,3 kilometr, Sulutəpə qəsəbəsi üzrə isə 2,6 kilometr küçə və yolun təmiri işləri icra olunacaq.