2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, Səbail rayonu üzrə təmirə ehtiyacı olan, 10 min nəfərdən çox əhalinin yaşadığı ümumi uzunluğu 9  km təşkil edən qəsəbədaxili küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir.

 

Bu çərçivədə sözügedən rayonun 1400 metr uzunluğa malik Yüzbəy Mürsəlov və 2000 metr uzunluğu olan Arif İsmayılov küçələrində aparılan təmir-tikinti işləri son mərhələ üzrə icra olunur. Hər iki küçənin eni ortalama 9 metr təşkil edir.

 

 İşlərin yüksək keyfiyyətlə və nəzərdə tutulan vaxtda yekunlaşması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Səbail rayonu vətəndaşlarının əsas istifadə etdiyi yollar olduğu üçün işlərin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

 

İnvestisiya proqramına uyğun olaraq, agentlik tərəfindən rayon üzrə təmiri nəzərdə tutulan digər küçələrdə də bərpa işləri həyata keçiriləcək.

 

YOLUNUZ AÇIQ OLSUN...

 
 

 

Xəbər lenti