|
Yol-xeber.az-ın məlumatına görə, Dövlət başçısının Bakı şəhərində rahat gediş-gəlişin təmin olunması məqsədi ilə küçə və yolların təmir edilməsi istiqamətində verdiyi tapşırıqlara əsasən, hazırda Nizami rayonu Bəhruz Nuriyev küçəsinin Elşən Süleymanov küçəsindən Qarav Qarayev prospektinə qədər olan hissəsində təmir işləri icra olunur.
Sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 900 metrə qədər təşkil edir ki, hazırda burada təmir işləri son mərhələdə aparılır.
Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənib. Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub. Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib.
Qeyd edək ki, cari ildə İnvestisiya Proqramına uyğun olaraq Nizami rayonu üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğui 6 km təşkil edən küçə və yol təmir edilir.
YOLUNUZ AÇIQ OLSUN...
0