Yol-xeber.az-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sifarişi ilə Bakı şəhəri, Ziya Bünyadov prospekti, 9 nömrəli Bakı Peşə Liseyinin qarşısında yeni yerüstü piyada keçidi inşa edilib.

 

Beynəlxalq standartlara cavab verən müasir texnologiyalar əsasında ekoloji cəhətdən təhlükəsiz və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin etməklə yanaşı, özünün memarlıq elementləri, xüsusən gecə görüntüsü ilə şəhərin görkəminə xüsusi rəng qatır.

 

Müasir görünüşü ilə fərqlənən keçidin ümumi uzunluğu 90.08 metr, qalereyanın uzunluğu 57.10 metr, daxili eni 3.5 metr, keçidaltı qabariti isə 5.8 metrdir.

 

İki giriş-çıxışdan ibarət olan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb ki, bu da fasiləsiz nəzarətə imkan yaradır.

 

YOLUNUZ AÇIQ OLSUN...

 
 

Xəbər lenti