Qaradağ rayonunda 4 qəsəbə üzrə 19.6 kilometr uzunluğa malik küçə təmir  edilir - AZƏRTAC

"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan 2022-ci ilin "İnvestisiya Proqramı"na uyğun olaraq Qaradağ rayonunda ümumi istifadədə olan küçə və yolların əsaslı təmiri həyata keçirilir.

"İnvestisiya Proqramı" çərçivəsində Qaradağ rayonunun Qobustan qəsəbəsində uzunluğu 900, eni 6 metr olan Mərkəzi küçənin təmiri aparılaraq yekunlaşıb. Təmir çərçivəsində küçəboyu frezlənmə, zəruri olan yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb, 100 p/m səki daşı yenilənib, yeni asfalt-beton örtüyü döşənib. 

Sadalanan təmir işləri rayonun Qızıldaş qəsəbənin ümumi uzunluğu 5100 metr təşkil edən, 6 metr enə malik 12,13 və 14-cü küçələrində də icra olunub. 

Sözügedən küçələr torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu. 

Hazırda təmir işləri rayonun Qobustan qəsəbəsi üzrə uzunluğu 1000 metr olan Massiv 5 ünvanında da aparılır. 

Təmiri aparılan və nəzərdə tutulan küçələr Qaradağ rayonunda vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6.5 km olan küçə və yollarda təmir işləri aparılıb. Cari ildə Lökbatan, Qızıldaş, Sahil və Qobustan qəsəbələri üzrə təmiri nəzərdə tutulan küçələrin uzunluğu isə 19.6 km təşkil edir.  

YOLUNZ AÇIQ OLSUN...

Xəbər lenti