"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin "İnvestisiya Proqramı"na uyğun olaraq Qaradağ rayonuQobustan qəsəbəsi üzrə təmiri nəzərdə tutulmuş küçə və yollarda işlər tamamlanır.

"İnvestisiya Proqramı" çərçivəsində Qaradağ rayonunun Qobustan qəsəbəsində ümumi uzunluğu 2.9 km olan 4 küçədə təmir işləri həyata keçirilirdi. Bunlardan Massiv 1a Mərkəzi küçə (900m), Massiv 3 (200m) və Massiv 7 küçə 1 (800m) üzrə təmir işləri bitib.

Uzunluğu 1 km olan Massiv 5-də isə  təmir işləri sonuncu mərhələdə icra olunur. 

Belə ki, küçəboyu zəruri olan yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb. Hazırda yeni asfalt-beton örtüyü döşənməsi işləri icra olunur ki, yaxın günlərdə bu işlər də tam bitəcək

Anoloji təmir işləri rayonun Qızıldaş qəsəbəsinin ümumi uzunluğu 5100 metr təşkil edən 2-ci Massiv 12,13 və 14-cü küçələrində də icra olunub. 

Təmiri aparılan küçələr Qaradağ rayonunda vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6.5 km olan küçə və yollarda təmir işləri aparılıb. Cari ildə LökbatanQızıldaşSahil və Qobustan qəsəbələri üzrə təmiri nəzərdə tutulan küçələrin uzunluğu isə 19.6 km təşkil edir.  

YOLUNUZ AÇIQ OLSUN...

Xəbər lenti