|
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi üzrə 4.4 km küçə və yolun təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə qəsəbənin Xudat bəy Məlikaslanov küçəsinin 5 və 7-ci döngələri təmir olunur. Hazırda işlər küçənin 5-ci döngəsi üzrə aparılır.
Uzunluğu 700, eni ortalama 7.5 metr təşkil edən sözügedən yol torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Aparılan yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb.
Artıq küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi aparılır.
Tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla aparılan yenidənqurma və bərpa işləri daha sonra Xudat bəy Məlikaslanov küçəsinin uzunluğu 500 metr olan 7-ci döngəsində icra olunacaq.
Cari ildə Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.6 km təşkil edən küçə və yolun təmiri nəzərdə tutulur.
Qeyd edək ki, Agentlik tərəfindən 2021-ci ildə adıçəkilən rayonda 15.4 km uzunluğa malik küçə təmir edilib.
YOLUNUZ AÇIQ OLSUN...