"Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Hacıqabul rayonunun Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davam etdirilir.

39 km uzunluğa malik Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi üçün əraziyə  kifayət qədər canlı qüvvə və texnika cəlb olunub. Aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. 

Layihə çərçivəsində 2 hərəkət zolağından ibarət olacaq yolun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Yolboyu texnoloji ardıcıllığa uyğun olaraq, yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, yararlı qruntun yayılması və lay-lay kipləşdirilməsi, müəyyən hissələrdə yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri görülür.  Yolun 20 km hissəsində yol əsasının tikintisi yekunlaşıb. 

Artıq yolun asfaltlanmasına start verilib. Yolun 3 km hissəsində asfalt örtüyünün alt qatı, 1 km-lik hissəsində isə asfalt-beton örtüyünün üst qatının döşənməsi işləri aparılıb.

Marşrutboyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilir və zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılır. Layihə üzrə 30 suötürücü boru inşa edilib.  

Bununla yanaşı layihə çərçivəsində Udullu kəndi ərazisində Pirsaat çayı üzərində yerləşən, artıq istismar müddətini başa vurmuş mövcud metal körpünün əvəzində tikintisi nəzərdə tutulan 3 aşırımlı yeni dəmir-beton körpünün inşası yekunlaşmaq üzrədir.

Sonda yolboyu hərəkətin normal təşkili üçün km göstəricisi, yol nişanı, məlumatverici lövhə və siqnal dirəklərinin, dayanacaqların quraşdırılması, həmçinin yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək. 

Yolun əsaslı şəkildə yenidən qurulması ilə 8 yaşayış məntəqəsinin 12 mindən artıq əhalisinin təhlükəsiz və maneəsiz hərəkətinə imkan yaranacaq, ən əsası sözügedən ərazidə yük və sərnişin daşıması xeyli asanlaşacaq. 

 

YOLUNUZ AÇIQ OLSUN..


ff
ff
ff
ff
ff
ff
ff
ff

Xəbər lenti