"Yol-xeber.az" xəbər verir ki, 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonunda 350 metr uzunluğa malik Nəsib bəy Yusifbəyli küçəsinin əsaslı təmiri davam edir.

Küçənin  ortalama eni 14.5 metr təşkil edir.

Texnoloji ardıcıllığa uyğun olaraq, təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yarasız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə 840 kv.m piyada səkisi bərpa olunub, səkilərin kənarlarına 694 p/m səki daşı düzülüb

Hazırda küçəyə 2-ci lay asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Ümumilikdə 6772 kv.m ərazidə asfaltlanma işləri aparılacaq.

Təmir işləri zamanı zəruri yerlərdə yağış barmaqlıqlarının qoyulması, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunması və layihə hündürlüyünə qaldırılması işləri də icra olunur.

Sonuncu mərhələdə üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək. 1562 kv.m sahədə parkinq yerləri yaradılacaq.

Qeyd edək ki, cari il ərzində Nəsimi rayonu ərazisində təmir edilən küçələrin ümumi uzunluğu 3 km təşkil edir.

2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Nəsimi rayonu ərazisində 6.4 km uzunluğa malik küçələrdə təmir işləri aparılıb.

YOLUNUZ AÇIQ OLSUN...
 

..

fff
fff
fff
fff
fff
fff
fff
fff

Xəbər lenti