|
"Yol-xeber.az" xəbər verir ki, Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində 14 iyul küçəsindən ayrılan məhəllədaxili yollarda 3 və 5-ci döngələr üzrə aparılan təmir işləri yekunlaşır.
Uzunluğu 1000, eni isə 6 metr təşkil edən sözügedən yollar torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçələrin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yollara yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Asfalt döşənən ərazilərdə isə kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub.
Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib. 2022-ci ildə rayon üzrə təmir olunan küçə və yolların ümumi uzunluğu isə 12.5 km təşkil edir.
YOLUNUZ AÇIQ OLSUN...