cxcxcx

"Yol-xeber.az" xəbər verir ki, Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Zığ qəsəbəsində Dədə Qorqud  yaşayış massivinin məhəllədaxili yollarında təmir işləri aparılır. 

Uzunluğu 1400, eni ortalama 6 metr təşkil edən sözügedən yollar torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Aparılan yenidənqurma işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və yolun profilə salınması işləri görülür, zəruri yerlərdə 130 p/metr yeni piyada səkiləri inşa olunur.

Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib.  2022-ci ildə rayon üzrə təmir olunacaq küçə və yolların ümumi uzunluğu isə 12.5 km təşkil edir.

 

YOLUNUZ AÇIQ OLSUN…

 

cxcxcx
cxcxcx
cxcxcx
cxcxcx
cxcxcx
cxcxcx

Xəbər lenti