f

"Yol-xeber.az" xəbər verir ki, Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nizami rayonunda Şirin Mirzəyev küçəsinin Qara Qarayev prospektindən Mehdi Abbasov küçəsinədək olan hissəsi əsaslı təmir edilib. 

Təmir olunan bu hissənin uzunluğu 500, eni ortalama 12 metr təşkil edir.  

Aparılan təmir işləri çərçivəsində küçəboyu deformasiyaya uğramış asfalt-beton örtüyü frezlənib, frezlənmiş əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, zəruri olan yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkilərinin bərpa olunması, köhnə səki daşlarının yenilənməsi işləri aparılıb.

10313  kv.m sahəyə asfalt örtüyü döşənib, piyada səkiləri bərpa olunaraq 2350 kv.m sahəsi asfaltlanıb, əraziyə 2312 p/m yeni səki daşları düzülüb. 

Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub. 

Sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları, həmçinin parking yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Qeyd edək ki,cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6.25 km təşkil edən 10 küçə təmir edilir.

 

YOLUNUZ AÇIQ OLSUN... 


f
f
f
f
f
f
f
f
f
f
f
f
f
f
f

Xəbər lenti