ffg

"Yol-xeber.az" xəbər verir ki, 2022-ci ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Zığ qəsəbəsində İdris Süleymanov küçəsində təmir işləri aparılır.

Uzunluğu 1000, eni ortalama 6 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Aparılan yenidənqurma işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və yolun profilə salınması işləri görülüb. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən hazırda ərazidə  yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. 

Layihə uyğun olaraq küçədə yeni yağış barmaqlıqlarının quraşdırılması, yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də  icra olunur.

Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib. 2022-ci ildə rayon üzrə təmir olunan küçə və yolların ümumi uzunluğu isə 12.5 km təşkil edir.

YOLUNUZ AÇIQ OLSUN...    


ffg
ffg
ffg
ffg
ffg
ffg
ffg
ffg
ffg

Xəbər lenti