|
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Nərimanov rayonunda ümumi uzunluğu 7.6 km olan 7 küçədə təmir işləri icra olunub.
Bu çərçivədə Əbdüləzəl Dəmirçizadə küçəsinin Təbriz küçəsindən Xətai prospektinə qədər olan 350 metr və Təbriz küçəsindən Aşıq Alı küçəsinədək olan 284 metrlik hissələri, Fətəli xan Xoyski prospektinin Əhmədbəy Ağaoğlu küçəsindən Koroğlu Rəhimov küçəsinədək olan və Koroğlu Rəhimov və Aşıq Molla Cümə küçələri arasında yerləşən ümümi uzunluğu 1500 metrolan hissələri, uzunluğu 1830 metr təşkil edən Müzəffər Nərimanov, 476 metr uzunluğa malik Ülvi Bünyadzadə, 340 metr uzunluğunda olan Tələt Şıxəliyev, 1620 metr uzunluğa malik Məsud Əlizadə və uzunluğu 1230 metr təşkil edən Əliəşrəf Əlizadə küçələri əsaslı şəkildə təmir olunub.
Adıçəkilən ərazilərdə yeni və müasir yol infratsrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.
Xatırladaq ki, 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Nərimanov rayonu üzrə ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə təmir olunub.
YOLUNUZ AÇIQ OLSUN...