|
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Qaradağ rayonu üzrə ümumi uzunluğu 19.6 km olan 13 küçədə təmir işləri icra olunub.
Rayonun Lökbatan, Qızıldaş, Sahil və Qobustan qəsəbələri üzrə aparılan təmir işləri çərçivəsində Lökbatan qəsəbəsində uzunluğu 1000 metr olan Massiv 6, 1A küçəsi, 2800 metr uzunluğa malik Massiv 6 yeni məhəllənin yollarında, 1000 metr uzunluğa malik Massiv 1 keçid 4,5, 2430 metr uzunluğa malik Massiv 1 küçə 2 və uzunluğu 1200 metr olan Massiv 1 Vilayət Əsgərov küçəsində təmir işləri aparılıb.
Qızıldaş qəsəbəsində ümumi uzunluğu 5.10 metr təşkil edən 2-ci Massiv, 12, 13 və 14-cü küçələrin təmiri icra olunub.
Rayonun Sahil qəsəbəsində uzunluğu 3200 metr olan Məhərrəm Seyidov küçəsinin, Qobustan qəsəbəsində isə Massiv 1a Mərkəzi küçə (900m), Massiv 3 (200m), Massiv 7 küçə 1 (800m) və Massiv 5 (1km) üzrə təmir işləri yerinə yetirilib.
Adıçəkilən ərazilərdə yeni və müasir yol infratsrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.
Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6.5 km olan küçə və yollarda təmir işləri aparılıb.
YOLUNUZ AÇIQ OLSUN...