|
Yol-xeber.az" xəbər verir ki, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 160-170-ci km-lik hissələrində orta təmir işləri icra olunur.
Sözügedən hissədə yol geyimində çökmələr əmələ gəlmiş, istismar üçün yararsız vəziyyətə düşmüşdü. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklərə səbəb olurdu.Təmir çərçivəsində sadalanan problemlər aradan qaldırılır.
Belə ki, 10 km uzunluğa malik bu hissə üzrə aparılan təmir zamanı yolboyu deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu işləri görülüb. “İnşaat Norma və Qaydaları”na əsasən hazırda yeni yol əsasının inşası və 6-12 sm qalınlığa malik yeni asfalt-örtüyünün döşənməsi işləri icra olunur.
İşlər texnoloji ardıcıllıqla sürətlə və keyfiyyətlə həyata keçirilir. Təmir işlərinin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
YOLUNUZ AÇIQ OLSUN...