Yol-xeber.az" xəbər verir ki, İsmayıllı rayonunda Respublika əhəmiyyətli Muğanlı–İsmayıllı avtomobil yolunun 20-ci km-dən ayrılan Zərgəran avtomobil yolu təmir olunur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir olunan yolun uzunluğu 2.9 km, eni ortalama 5 metr təşkil ed
ir. Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə agentlik tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla təmir işləri aparılıb, yarasız asfalt və çınqıl örtüklü olan yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolboyu yararsız qrunt qazılıb kənarlaşdırılıb, əks-dolğu və genişləndirmə işləri aparılmaqla yeni yol yatağı inşa edilib. Torpaq işlərinin ardınca yol əsasının inşası, çiyin hissələrin bərkidilməsi və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Görülən işlər çərçivəsində yolboyu suların ötürülməsi məqsədilə mövcud dəmir-beton borular bərpa olunaraq, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb. Layihənin sonuncu mərhələsində isə hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək. Bununla da yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək. YOLUNUZ AÇIQ OLSUN...