M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti tam bərpa olunub


Yol-xeber.az" xəbər verir ki,   Ötən gün sel sularının M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə ziyan vurması nəticəsində yolun 194-205 kilometrliyində yaranan problemin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi  tərəfindən hadisə baş verdiyi andan etibarən tədbirlər görülüb, əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub.

Aparılan işlər nəticəsində sözügedən ərazidə artıq avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.

 

YOLUNUZ AÇIQ OLSUN...M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti tam bərpa olunub

Xəbər lenti