Ramana qəsəbəsində Cabir Novruz küçəsi təmir olunur

Yol-xeber.az" xəbər verir ki,  Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2023-cü ilin "İnvestisiya Proqramı"na uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işləri davam edir.

İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

Bu çərçivədə Sabunçu rayonu Ramana qəsəbəsində uzunluğu 1.2 km, eni 6 metr olan Cabir Novruz  küçəsində təmir işləri icra olunur.

Sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan təmir işləri ilə bu problem aradan qaldırılır. 

Təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. 

Hazırda küçəyə “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. 

YOLUNUZ AÇIQ OLSUN... 

Xəbər lenti