|
Yol-xeber.az" xəbər verir ki, Bakı şəhəri, Xətai rayonu 8 Noyabr prospektinin 9-cu km-dən “Zığ dairəsi” istiqamətində aparılan təmir işləri yekunlaşıb.
Prospektin sözügedən hissəsində asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Aparılmış təmir işləri ilə bu problem tam olaraq aradan qaldırılıb.
Belə ki, təmir çərçivəsində uzunluğu 261 metr təşkil edən sözügedən hissədə köhnə və yararsız asfalt-beton örtüyü frezlənib, yararsız qrunt yenilənib, ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Sonda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yolgöstərici və yolcizgi xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri icra olunub.
Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə yerinə yetirilib.
YOLUNUZ AÇIQ OLSUN...