|
Yol-xeber.az" xəbər verir ki, Gəncə-Daşkəsən-Xoşbulaq, Şəmkir-Gədəbəy, Qobustan-Çalo-Cəyirli-Xilmilli-Sündü avtomobil yolları və Murovdağda (Ömər aşırımı) qarın təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq tədbirlər görülüb. Bu istiqamətdə işlər davam etdirilir.
Sürücülərə yollarda diqqətli olmaları və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə olunur.
YOLUNUZ AÇIQ OLSUN..