Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub VİDEO/FOTO

Yol-xeber.az" xəbər verir ki,  Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Siyəzən rayonunda Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə yenidən qurulub. Yenidənqurma işləri çərçivəsində 27 km uzunluğa malik yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.

Avtomobil yolu 9 yaşayış məntəqəsini əhatə edir. Torpaq əsaslı yol kəndlər arasında nəqliyyat əlaqəsini çətinləşdirir, gediş-gəlişdə problemlərə səbəb olurdu. Əsaslı şəkildə bərpasına ehtiyac olan yolun eni 10 metrə qədər genişləndirilib.

Layihə üzrə  yolun profilə salınması, bitki qatının təmizlənməsi, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi, suların ötürülməsini təmin edən suötürücü dəmir-beton boruların bərpası və inşası, yol əsasının tikintisi işləri tam olaraq icra olunub.

“İnşaat Norma və Qaydaları”na uyğun texnoloji ardıcıllıqla həyata keçirilən işlər çərçivəsində yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü salınıb.

Layihənin sonunda yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanlarının, km göstəricilərinin və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri görülüb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

 

YOLUNUZ AÇIQ OLSUN...

Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub VİDEO/FOTO
Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub VİDEO/FOTO
Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolu yenidən qurulub VİDEO/FOTO

Xəbər lenti