Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsi təmir olunur

Yol-xeber.az" xəbər verir ki,  Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində Əhməd Rəcəbli küçəsinin təmiri aparılır. 

Təmir işləri sözügedən küçənin Albert Aqarunov küçəsindən Ziya Bünyadov prospektinə qədər olan 910 metrlik hissəsində icra olunur. 

Ortalama eni 31 metr təşkil edən küçədə təmir çərçivəsində hazırda küçəboyu frezlənmə, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə piyada səkilərinin bərpası işləri davam edir, yararsız səki daşlarının yenilənməsi və piyada panduslarının quraşdırılması işləri aparılır.

Daha sonra küçəyə yeni asfalt-beton örtüyü döşənəcək. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək. 

İşlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

YOLUNUZ AÇIQ OLSUN...

Xəbər lenti