Bakı-Sumqayıt yolundakı tıxacın daha bir səbəbi - VİDEOŞƏRH
Bu dəfə günah sürücülərdədir

Bakı-Sumqayıt yolunda yaranan tıxacın səbəblərindən biri həmin yolda hərəkət edən sürücülərin intizamsızlığıdır. Apardığımız araşdırmalardan məlum olur ki, qeyd etdiyimiz yolda sıxlıq yaranan zaman sürücülər zolaqlar üzrə düzgün yerləşmirlər. Misal olaraq bildirək ki, yolun 6 zolaq olan hissəsində sürücülər süni olaraq 8 zolaq yaradıb hərəkət edirlər və qarşıda yol daralan hissədə isə (zolaqların sayı azalan hissədə) sürücülər 8 zolaqdan 3 zolağa yerləşmək istəyirlər. Belə olan halda isə mütləq şəkildə tıxac yaranır və yolun axını dayanır. 

Ekologiya postundan üzü şəhər istiqamətinə gedən yolda (avtovağzala çatmamış) 1.11 xətti ilə hərəkət təşkil olunub. Sürücülər şəhər istiqamətinə gedən 3 zolaqda sıxlığın olduğunu görərək sağa- avtovağzal və dairəvi yola gedən zolaqlarla hərəkət edirlər və 1.11 xəttinin qadağan olunmuş hissəsindən sola manevr edərək şəhər istiqamətinə hərəkət etmək istəyirlər. Belə olan halda da tıxac yaranır və axının hərəkəti dayanır. Avtosfer.az-ın təqdim etdiyi görüntüdən də aydın şəkildə görünür ki, 1.11 xəttinin sonundan başlayan ayırıcı zolaqdan sonra sərbəst hərəkət yaranır. Deməli tıxac, sürücülərin zolaqlar üzrə düzgün yerləşməməsi və sağ zolaqlardan sol zolağa manevr edərək özlərini avtomobillərin arasına salan sürücülərin intizamsızlığı səbəbindən baş verir.

Maraqlısı isə odur ki, bu cür sürücülərə qarşı yol patrul xidməti inspektorları inzibati məsuliyyət tədbirləri görmür.

 

Xəbər lenti