|
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət sürəti aşağı endirilib. Yol-xeber.az xəbər verir ki, qeyd olunan yolun 110 km saat sürət təşkil olunmuş hissəsində hərəkət sürəti 90 km saat sürətə endirilib. Hərəkət sürətinin aşağı salınmasına səbəb yolun texniki tələblərinin aşağı səviyyədə olmasıdır. Həmin yolda baş verən qəzaların təhlili zamanı məlum olub ki, qəzaların əksəriyyəti hərəkət sürətinin aşılmasına görə baş verib və qəzaların ağırlıq dərəcəsinə də məhz sürət həddinin yüksək olması səbəb olub.
Bakı-Quba yolundan istifadə edən sürücülərin diqqətinə çatdırırq ki, adəti üzrə yüksək sürətlə hərəkət etməsinlər. Yolda yeni quraşdırılmış nişanlara diqqətlə baxsınlar və hərəkət sürətinə ciddi şəkildə riayət etsinlər.