09:00

Ermənistan baş naziri son bir neçə gün əzində xüsusilə, Moskva səfərindən sonra cəbhədə vəziyyəti gərginləşdirməyə çalışır. Eyni zamanda, onlar irimiqyaslı – “İldırım-2018” kod adı altında hərbi təlimlər keçirdilər.

Ardını oxu...

İdlbidə vəziyyət kritikdir. Rusiya və Türkiyə arasında fikir ayrılıqları var. Bu isə ən yüksək səviyyədə ciddi bir görüş keçirilməsinə zərurət yaradır.

Axar.az xəbər verir ki, bu sözləri Soçidə baş tutacaq Ərdoğan-Putin zirvəsi öncəsi mətbuat nümayəndələrinin suallarını cavablandıran Kreml sözçüsü Dmitri Peskov deyib.

Peskov görüşün təfərrüatları barədə danışmasa da, Soçidə İdlibdə atəşkəs mövzusu ətrafında müzakirə aparılacağı gözlənilir.

İsrail və Türkiyə münasibətlərinin normallaşdırılması üçün qapalı danışıqlar aparırlar.

Ardını oxu...

ABŞ Müdafiə naziri Ceyms Mettis Makedoniyaya səfər edib.

Ardını oxu...

Türkiyə-İraq sərhədində pozuntuların qeydə alınması səbəbi ilə rəsmi Bağdad bölgəyə çox sayda əsgər göndərəcək.

Ardını oxu...

"Silk Vey Eyrleynz" ("Silk Way Airlines") Çinin Çjençjou şəhərinə reyslərin sayını artırır.

Ardını oxu...

12:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Çin Xalq Respublikasının Sinxua xəbər agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ardını oxu...


Əsgər Heydər Əliyev and içdi

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Mərasimdə and içən gənc əsgərlər sırasında Prezident İlham Əliyevin oğlu, burada hərbi xidmət keçən Heydər Əliyev də olub.

 

Mərasimdə prezident, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də iştirak ediblər.

 







 

Əliyevlə Ərdoğan paradı belə izlədi
 

 

Xəbər verdiyimiz kimi, Bakı şəhərinin 1918-ci il sentyabrın 15-də bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 100 illiyi münasibətilə Azadlıq meydanında hərbi parad keçirilib.

 

“Qafqazinfo”nun məlumatına görə, paradı birlikdə izləyən Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan dünyaya bir daha qardaşlıq və həmrəylik mesajı veriblər.

 

 
“Türkiyə Azərbaycan uğrunda 1132 şəhid verib”

 

“Azərbaycanın müstəqilliyi üçün canlarını fəda edən bütün şəhidlərimizi ehtiramla anırıq. Onlar fədakarlıqları və cəsarətləri ilə özlərindən sonra nəsildən-nəslə qürurla xatırlanacaq şanlı bir dastan yazaraq, Türkiyə və Azərbaycanın əbədi qardaşlığının da rəmzi oldular”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında səsləndirib.

Ərdoğan qeyd edib ki, Türkiyə dünyanın 34 ölkəsində 78 şəhid məzarlığı olan bir ölkədir və Azərbaycan uğrunda 1132 şəhid verib. Buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasındakı birgə taleyin təmsilçiləridir. Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir.

 

Türkiyə Prezidenti deyib: “Biz bu gün burada yalnız Qafqaz İslam Ordusunun və azərbaycanlı qardaşlarımızın dillərdə dastan olan mübarizəsi ilə Bakının işğaldan azad olunmasının 100-cü ildönümünü qeyd etmirik, eyni zamanda, əziz şəhidlərimizin bizə əmanəti olan “Bir millət, iki dövlət” deyə rəmzləşdirdiyimiz qan qardaşlığımızı da dərk edirik”.

1918-ci il sentyabrın 15-də hazırda yaşadığımız ərazilərdə baş verən müharibənin heç də adi bir hadisə olmadığını deyən Ərdoğan vurğulayıb ki, bir əsr əvvəl burada aparılan mübarizə bizim qardaşlığımızın, dostluğumuzun, birlik və bərabərliyimizin də rəmzidir.

Xəbər lenti