Şübhə etmirəm ki, Abbas Mustafayevin adı və siyasi kimliyi indiki nəslə heç nə demir.

Ardını oxu...

İraqın Bəsrə vilayətinin valisi həbs edilib.

Ardını oxu...

ABŞ Prezidenti Donald Tramp keçmiş Dövlət katibi Con Kerrini öz Tvitter səhifəsində kəskin tənqid edib.

Ardını oxu...

Vaşinqton artıq Suriyada qarşıdurmaya müdaxilə etməyə istəkli deyil, yeni bir hücum olmayacaq.

Ardını oxu...

Nikol Paşinyanın son müsahibəsi göstərir ki, o, öz mövqeyində qalır və rəqiblərinə qarşı başlatdığı təzyiqləri azaltmaq niyyətində deyil.

Ardını oxu...

Ramiz Mehdiyevin kitabı çap olundu

Livanın paytaxtı Beyrut şəhərində “Delta” Dərin Araşdırmalar Mərkəzində Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı nəşr edilib. 

Kitabı ərəb dilinə Əlcəzair Milli Araşdırmalar Mərkəzinin (CNRPAH) professoru Zəim Xənişlavi tərcümə edib. 

Qeyd edək ki, professor Z.Xənişlavi V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edib və burada akademik Ramiz Mehdiyevlə görüşərək ondan bu kitabın tərcüməsinə və nəşrinə icazə alıb. 

Tərcüməçinin öyrənilən problemə bələdliyi ərəb oxucusuna Qarabağ problemini aydın şəkildə başa düşmək imkanı verir. Kitabda Azərbaycan və Ermənistan arasında hələ də davam edən münaqişənin əsasını təşkil edən tarixi problemdən danışılır. Müəllif problemi tarixi mənbələr əsasında oxucuya izah etməklə bir çox qaranlıq məqamlara aydınlıq gətirir, mürəkkəb məsələlərin həllini göstərən koqnitiv strategiya təqdim edir.

 

Kosovoya icazə verildi

 

Xəbər verdiyimiz kimi, 31 avqustda Avropa Parlamentinin Mülki Hüquqlar, Ədliyyə və Daxili Məsələlər Komitəsində Kosovo ilə viza rejimi tətbiqinə dair səsvermə keçirilmiş və layihə səs çoxluğu ilə qəbul edilmişdi.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, qərar bu gün Avropa Parlamentinin İcraiyyə Komitəsi tərəfindən incələnib və yekun səsvermə keçirilib.

Qanun layihəsi 420 lehinə, 186 əleyhinə və 22 bitərəf səslə qəbul edilib. Beləliklə, bundan sonra kosovolular Avropa İttfaqına daxil olan ölkələrə 90 gün müddətində vizasız səyahət edə biləcəklər.

 

Avropa İttifaqının qaydalarına görə, vizasız səyahətdən istifadə etmək istəyənlərin biometrik vəsiqələri olmalıdır. Kosovo Avropa İnteqrasiya naziri Dhurata Hoxha bildirib ki, ilin sonuna qədər vizasız səyahət başlayacaq.

Qeyd edək ki, Kosovo Aİ ölkələrinə vizasız səyahət haqqı əldə etməyən sonuncu Balkan ölkəsi idi. Makedoniya, Monteneqro və Serbiya 2009-cu ildə, Bosniya və Hersoqovina, həmçinin Albaniya 2010-cu ildə bu hüquqa yiyələnmişdi.

Kosovo 2012-ci ildən etibarən bu hüququ əldə etmək üçün 95 kriteriyanı yerinə yetirmək üçün hazırlıqlara başlamış, nəhayət ötən ay tamamlamışdı.

ABŞ Azərbaycana aid "Şahdəniz" yatağından Avropaya təbii qazı nəqledici boru kəməri layihəsini dəstəkləyir.

Ardını oxu...

Avroviziya-2019 beynəlxalq musiqi yarışması Təl-Əvivdə möhtəşəm keçəcək.

Ardını oxu...

Türkiyənin Rusiyaya yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Ardını oxu...

Xəbər lenti