“Mən Laçına qayıtmış sakinlərlə görüşümdə qeyd etdim ki, bu məsələnin normal həlli yolu var və mən o zaman dedim, separatçıların liderləri təslim olsunlar, onlara qarşı amnistiya tətbiq edilə bilər. Təəssüf olsun ki, yenə də mənim sözlərimə düzgün qiymət verilmədi. Bu gün separatçıların rəhbərləri Azərbaycandadırlar. Onlar buraya gəlmək istəyirdilər və bizi hədələyirdilər ki, tank üzərində gələcəklər Azərbaycana, Bakıya. Bu gün isə Azərbaycanda mühakimə olunmağı və bizim ədliyyə sisteminin yekun qərarını gözləyirlər”.

Bu fikirləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı söyləyib.

Dövlət başçısı deyib: “Ümid edirdik ki, biz Qarabağ ermənilərinin nümayəndələri ilə təmaslar qura biləcəyik. Lakin təəssüflər olsun ki, orada hakimiyyəti bir növ inhisarçılığa götürmüş insanlar buna imkan vermədi. Bundan əlavə, sentyabr ayında iki hadisə baş verdi ki, bu, bizim üçün qırmızı xəttin keçməsi demək idi. Birincisi, Ermənistan baş nazirinin dırnaqarası “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyi münasibətilə təbriki, bu, tamamilə Ermənistan baş nazirinin dediyi və imzaladığı sənədlə ziddiyyət təşkil edirdi. Çünki ötən ilin oktyabrında Ermənistan və onun baş naziri rəsmi olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdı. Bundan sonra eyni ruhda olan çoxsaylı bəyanatlardan sonra separatçılara təbrik məktubunun göndərilməsi tamamilə qəbuledilməz idi bizim üçün və çoxziddiyyətli bir hərəkət idi”.

Bakıda mühüm forum: Prezident iştirak edir - Canlı

Dekabrın 6-da ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forum keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edir.

Qeyd edək ki, ənənəvi xarakter almış forumda dünyanın müxtəlif ölkələrindən 60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloq iştirak edir. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olunur, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparılır.

 

***

Bu gün Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” adlı Forum keçiriləcək.

 Forumda bir çox ölkələrin akademikləri, tədqiqatçıları və beyin mərkəzlərinin nümayəndələri ilə regional və qlobal məsələlərlə bağlı danışılacaq, onlarla açıq müzakirələr aparılacaq.

Dövlət başçısı xüsusilə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və məcburi köçkünlərin qaytarılmasına diqqət yetirəcək.

Prezident ADA Universitetində Qarabağ mövzusunda Forumda iştirak edəcək

Bu gün Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” adlı Forum keçiriləcək.

Forumda bir çox ölkələrin akademikləri, tədqiqatçıları və beyin mərkəzlərinin nümayəndələri ilə regional və qlobal məsələlərlə bağlı danışılacaq, onlarla açıq müzakirələr aparılacaq.

Dövlət başçısı xüsusilə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və məcburi köçkünlərin qaytarılmasına diqqət yetirəcək.

Rəsmi Bakının növbəti həlledici addımı məhz Azərbaycan ərazisindən rus sülhməramlıların çıxarılması ilə bağlı ola bilər... Azərbaycanın öz ərazində hər hansı xarici hərbi kontingentə ehtiyacı yoxdur, əksinə bu, ölkənin suveren hüquqları ilə kəskin ziddiyyət yaradır...

Cənubi Qafqaz regionunun davamlı sülhə ehtiyacı var. Bu region keçmiş SSRİ-nın süqutundan sonra təxminən 30 il milli-etnik zəmində münaqişələrə məruz qalıb. Bu müddət ərzində Cənubi Qafqazın inkişaf perspektivləri demək olar ki, bloklanmış vəziyyətdə olub. Və Cənubi Qafqaz ölkələri fərqli inkişaf səviyyəsi üçün onilliklərlə zaman itiriblər.

İndi isə bu regionda real sülh və əmin-amanlıq şansı yaranıb. Ermənistanın işğalçılıq siyasəti ucbatından mövcud olmuş savaş dövrü artıq arxada qalıb. Cənubi Qafqazda inkişaf perspektivlərinin dəyərləndirilməsinin vaxtı artıq gəlib, çatıb. Və bu, birmənalı şəkildə Azərbaycan ordusunun tarixi hərbi zəfəri sayəsində mümkün olub.

Məsələ ondadır ki, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş əraziləri azad edib, öz ərazi bütövlüyünü təmin edib. Eyni zamanda, rəsmi Bakı Azərbaycan və Ermənistan savaşının əsas səbəbi olan Qarabağ problemini də tam şəkildə həll edib. İndi Azərbaycan son 30 ildə erməni separatizminin və terrorizminin "boz zona"sı müasir dünyadan ayrı qalmış Qarabağa tam nəzarət edə bilir. Üstəlik, Ermənistan Qarabağ regionu da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərini tanıdığını rəsmən bəyan edib. Və bu, sülh prosesinin uğur qazanması üçün böyük imkanlar açır.

Bütün bunlara dayanaraq, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına əngəl törədən əsas mübahisə və münaqişə faktorlarının sıradan çıxarıldığını iddia etmək mümkündür. Yəni, 30 illik "münaqişə ocağı" və regional problem artıq mövcud deyil. İndi rəsmi Bakı bütün imkanları işə salaraq, sülh sazişinin imzalanmasına, eləcə də, regional inkişaf mərhələsinin başladılmasına cəhd göstərir. Halbuki, rəsmi İrəvan və Ermənistanın beynəlxalq himayədarları hələ də sülh prosesini ləngitmək, bu barədə yekun sənədin imzalanmasına əngəl törətmək niyyətlərindən imtina etməyiblər.

Təbii ki, rəsmi Bakı Cənubi Qafqazda sabitliyə qarşı yönəlmiş bütün bu kənar təsirləri və Ermənistanın gələcəyə istiqamətli revanşist ümidlərini nəzərə almamış deyil. Azərbaycanın regional mövqeyində bütün bu məqamlarla bağlı risklər ön planda tutulur. Ona görə də, rəsmi Bakı yaxın gələcəkdə həm Azərbaycanın, həm də bütövlükdə Cənubi Qafqazın regiona aidiyyəti olmayan kənar güclərin qarşıdurma poliqonuna çevrilmək təhlükəsindən yayındırılmasına yönəlik hədəflərini reallaşdırılmasında israrlı və prinsipial davranır.

Maraqlıdır ki, rəsmi Bakı Azərbaycan ərazisində separatizmə və terrorizmə bağlı "erməni layihə"sini birdəfəlik ləğv etsə də, bu problemin doğurduğu süni problemlərin tamamilə sıradan çıxarılması üçün hələ də cəhdlər göstərir. Belə ki, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın artıq birbaşa rəsmi Bakı tərəfdən nəzarət olunan Qarabağ bölgəsində qalması istənilən halda, ciddi problem sayıla biləcək bir geopolitik məqamdır. Hər halda, Rusiyanın ərazisində Azərbaycan hərbi kontingenti yoxdur və heç vaxt da olmayıb. Və bu baxımdan, Azərbaycan ərazisində hər hansı bəhanə altında Rusiya hərbi kontingentinin mövcudluğu da artıq yolverilməz xarakter daşıyır.

Onu da nəzərə almaq lazımdır ki, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsi üçün istifadə olunmuş süni səbəb də artıq yoxdur. Yəni, Xankəndi və ətraf bölgədə rus sülhməramlıların sabitlik yaratmasına heç bir ehtiyac qalmayıb. Bu missiyanı həm indi, həm də bundan sonra Azərbaycanın ordusu və daxili qoşunları böyük uğurla yerinə yetirmək imkanındadır. Bu baxımdan, rus sülhməramlıların Azərbaycan ərazisindən çıxarılmasının da vaxtı artıq çatıb.

Əslində, rus sülhməramlıların Azərbaycan ərazisində fəaliyyət müddəti ən uzağı 2025-ci ildə sona çatacaq. Rəsmi Bakı bu müddətin uzadılması niyyətində olmadığını qətiyyən gizlətmir. Üstəlik, bunun üçün heç bir hərbi-siyasi və geopolitik səbəb də yoxdur. Çünki Rusiyanın regional maraqları belə bir geopolitik səbəb hesab oluna bilməz. Və indi bu məsələnin həlli kifayət qədər aktual müzakirə mövzusuna çevrilməyə başlayıb.

Məsələ ondadır ki, hazırda rus sülhməramlıların həm missiyası, həm də öz üzərlərinə götürdükləri öhdəliklər artıq formal xarakter daşıyır. Onların Qarabağ regionunda atəşkəsi təmin etməsinə ehtiyac yaradacaq səbəb indi mövcud deyil. Deməli, hazırda rus sülhməramlılar Azərbaycan ərazisində səbəbsiz qalmaqdadırlar. Onların hətta nəzarət-müşahidə məntəqələrinin də böyük əksəriyyəti artıq ləğv olunub. Yəni, hazırda rus sülhməramlıların sadəcə, öz hərbi texnika inventarlarını da toplayıb, Azərbaycan ərazisini tərk etmələri bölgədə heç nəyi mənfiyə doğru dəyişməyəcək. Və yəqin ki, yaxın vaxtlarda bunu etməli olacaqlar.

Üstəlik, rus sülhməramlıların Azərbaycan ərazisində yerləşdirilməsində vaxtilə hüquqi faktor rolunu oynamış 10 noyabr üçtərəfli anlaşması da artıq qüvvədən düşmüş sənədə çevrilib. Xüsusilə də, rəsmi İrəvanın Ermənistan ərazisindən Zəngəzur dəhlizinin açılmasına əngəl törətməsi bu anlaşmaya icra edilməyən sənəd statusu qazandırıb. Və bu səbəbdən də, rəsmi Bakının Laçın dəhlizini həmişəlik qapatması yeni situasiya yaradıb.

Maraqlıdır ki, rəsmi Bakı son geopolitik manevrləri ilə əslində, yalnız Rusiyanın deyil, həm də ABŞ və Qərbin məkrli regional oyunlarını pozmağa nail olub. Belə ki, ABŞ, Fransa və Avropa Birliyi rus sülhməramlıların Azərbaycan ərazisindən çıxarılmasına yönəlik uzaqgedən planlar qurmuşdular. Yəni, rəsmi Bakı Qarabağ regionuna tam nəzarəti bərpa etməzdən əvvəl bu "müqəddəs üçlük" həmin bölgəyə beynəlxalq missiyasının yerləşdirilməsi barədə tələblər irəli sürməyə başlamışdı. Ancaq indi belə tələblər tamamilə absurd xarakter daşıyır.

Bütün bunlara əsasən, iddia etmək olar ki, rəsmi Bakının növbəti həlledici addımı məhz Azərbaycan ərazisindən rus sülhməramlıların çıxarılması ilə bağlı ola bilər. Çünki Azərbaycanın öz ərazində hər hansı xarici hərbi kontingentə ehtiyacı yoxdur. Əksinə, belə xarici kontingentin mövcudluğu Azərbaycanın suveren hüquqları ilə kəskin ziddiyyət yaradır.(musavat.com)

Dəhlizlə bağlı kritik həmlə: Azərbaycan bütün yolları bağladı - Ekspert danışır...Azərbaycanla Ermənistan arasında hazırda sərhəd və digər məsələlər ətrafında danışıqlar gedir. Erməni tərəfi bəzi iddialar səsləndirir. 31 kənd və s. kimi absurd məsələlərdən danışırlar. Amma bunlar real gücə arxalanan söhbətlər deyil. Kimsə öz mövqeyini deyə bilər. Əgər onun arxasında real güc yoxdursa, bu heç nəyi dəyişmir.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

O bildirib ki, Azərbaycan rəsmiləri erməni tərəfi ilə danışıqlarda real gücə əsaslanır: "Onların arxasında Azərbaycan Ordusu, müttəfiqləri, Türkiyə, Pakistan, İsrail dayanır. Ermənistanın arxasında Emannuel Makron, Hindistan dayanır. Onlar isə heç kimdir və haradan-hara iddia etdiklərini dərk etmirlər. Yəni, bu gün real mənzərə əslində hər şeyi deyir”.

Politoloq hesab edir ki, indi Azərbaycana qarşı yanaşmalar dəyişir:

“Sülh məsələsində Azərbaycan və erməni xalqından başqa heç kəs maraqlı deyil. Çünki döyüşən, qurban verən bizik. Bundan kənarda olanlar isə prosesdən nəsə qazanmaq istəyir. Ona görə də, kənar faktorlara bu prosesdə yer almağa imkan vermək olmaz”.

Zərdüşt Əlizadə indiki halda Ermənistanın kommunikasiyalarla bağlı məsələni gündəmə gətirməsinin fərqli arqumentlərə bağlı olduğunu söyləyib:

“Zəngəzur dəhlizi hələ işlək deyil, yaxın bir ilə və il yarıma işləməsi də mümkün deyil. Çünki bu yola bir rels qoyulmayıb, mıx vurulmayıb. Odur ki, bu uzaq gələcəyin işidir. Bu yol açılmadıqca Azərbaycan Ermənistana digər yollardan istifadəyə imkan verməyəcək”.
Paşinyan Putinin məğlubiyyətinə `STAVKA` EDİB - BUNA GÖRƏ DƏ...Bütün məsələ Rusiya-Qərb münaqişəsi bitdikdən, Rusiya məğlub olduqdan sonra Ermənistanın aqibətidir. Rusiyanın məğlub olacağı aydındır.

Axar.az xəbər verir ki, bu barədə Milli Demokratik Qütb Şurasının üzvü Vahe Qasparyan erməni mediasına deyib.

O bildirib ki, Putinin məğlub olmasının bir çox səbəbi var:

“Putin 20 ildir ki, Qərb və Rusiya xalqı üçün məqbul fiqur olub. Lakin Ukraynaya qarşı müharibədən sonra Qərb Vladimir Putini qəbul etmir. Bunu BCM-nin onun həbsi barədə qərarı da təsdiqləyir. Qərb Rusiya xalqına mesaj göndərir ki, əgər onlar həyatın Ukrayna işğalından əvvəlki vəziyyətinə qayıtmasını istəyirlərsə, lideri dəyişdirməlidirlər. Putin Rusiyanın resurslarını oğurlayan rus elitasını qane edirdi, çünki o, quldurluğun himayəçisidir.

İndi isə vəziyyət dəyişib: rus elitasının əmlakına sanksiya qoyulub və aktivləri dondurulub. Rusiya elitası Putinlə bir qayıqda qalsa, hər şeyini itirəcək. Putin həm də neftin baha olduğu dövrdə insanların həyat səviyyəsini yüksəltməyi bacardığına görə rus xalqı tərəfindən dəstəklənirdi. İnsanlar əvvəllər Antalyada dincələ, ipoteka ilə ev ala bilirdilərsə, bu gün vəziyyət başqadır. Antalyada dincəlməkdənsə, Donbasda ölürlər. Putin rejimi ciddi dəyişikliklərlə üz-üzədir”.

O iddia edib ki, Ukrayna cəbhəsində Rusiyada kəskin siyasi böhrana gətirib çıxaracaq sıçrayışlı dəyişikliklər olacaq.
Paris İrəvanı Bakıya qarşı silahlandırırsa... - NƏ BAŞ VERİR?Fransa Senatı "Sezar" artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsinin mümkün qədər tez öyrənilməsini tövsiyə edib. Bu barədə Senata istinadla erməni mediası yazıb. Fransa Senatının məlumatına görə, Ermənistan bu yaxınlarda “Thales”dən üç GM-200 radarının alınmasına dair saziş imzalayıb və "Mistral" 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı müzakirələr gedir. Senat həmçinin qeyd edib ki, Fransanın “Arquus” şirkətinin istehsalı olan “Bastion” tipli 24 zirehli maşın artıq Ermənistana gətirilib, daha 26 ədəd “Bastion” da göndəriləcək: “Fransa hakimiyyəti Ermənistana müdafiə silahlarının verilməsi təşəbbüsü ilə çıxış edib. Müdafiə və hücum silahları arasındakı fərq, əslində, Ukraynadakı müharibənin göstərdiyi kimi o qədər də praktik deyil. Gəlin eyni səhvləri təkrar etməyək və əvvəldən lazım olan avadanlıqların çatdırılmasını gecikdirməyək. Buna görə də biz Ermənistan hakimiyyətinin bütün müraciətlərinə, xüsusən də, onların artilleriyaya ehtiyacı ilə bağlı dərhal cavab verməliyik”.

Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında deyib ki, bu, Parisin İrəvana hücum silahlarını göndərmək hazırlığından xəbər verir. Ekspert xatırladıb ki, Fransa Ermənistanı “Azərbaycan hücum edəcək” iddiası ilə silahlandırmağa başladı və göndərilən silahların “müdafiə xarakteri” daşıdığını, “heç bir ölkəyə qarşı yönəlmədiyini” bəyan etdi:
"“Bastion” hərbi maşınların, GM-200 radar sistemləri və "Mistral" zenit-raket komplekslərinin tədarükü “müdafiə” adı altında həyata keçirildi. Hərçənd bunun başlanğıc olduğu və ardınca hücum silahlarının göndəriləcəyi gözləntisi var idi. Çünki Bakının Qarabağda erməni separatizmini ləğv etməsi və Zəngəzur dəhlizinə marağının qalmadığını bildirməsi, eləcə də, sülh danışıqları fonunda “Azərbaycanın Ermənistana hücum edəcəyinin” məntiqi izahı yoxdur. Bu iddiaların hədəfi bəllidir. Məqsəd Ermənistanı silahlandırmaq üçün əsasın yaradılması və Azərbaycana qarşı mümkün təxribat ssenarisində öncədən “alibi” yaratmaq cəhdidir. Fransanın Ermənistana “Sezar” tanklarını göndərməsinin gündəmə gəlməsi bu kontekstdə diqqətəlayiqdir. Parisə Ermənistanda Rusiyanın yerini tutmaq üçün yeni eskalasiya lazım olacağı istisna deyil. Bu esakalsiyanın yeganə platforması Azərbaycanla sərhəddir".

Politoloq Elxan Şahinoğlu isə yeni zirehli texnika və zenit-raket komplekslərinin Ermənistana hansı yolla çatdırılacağından söz açıb:
"Görəsən, Tbilisi bu dəfə də həmin hərbi texnikanın Gürcüstan ərazisindən Ermənistana çatdırılmasına şərait yaradacaq? Gürcü rəsmilər bununla bağlı açıqlamalarında beynəlxalq hüquqa zidd addım atmadıqlarına işarə ediblər. Orası elədir, ancaq ortada Azərbaycanla strateji tərəfdaşlıq var. Gürcüstanda bilməlidirlər ki, Fransanın hərbi texnikasının növbəti partiyası da Gürcüstan limanları və nəqliyyat yolları vasitəsilə Ermənistana çatdırılsa, bu, Azərbaycan cəmiyyətində tərəfdaşlıqla bağlı haqlı suallar yaradacaq. Aydındır ki, Fransa Gürcüstana təzyiq edir, ancaq Tbilisinin Azərbaycanla strateji tərəfdaşlığa uyğun fərqli seçim imkanı da var. Gürcüstanı enerji və kreditlərlə təmin edən Azərbaycandır. Gürcüstan müdafiə naziri bugünlərdə Bakıda idi, azərbaycanlı və türkiyəli həmkarıyla üçtərəfli müzakirələr apardı. Yəqin bu görüş və müzakirələrdə gürcü nazirə mövcud reallıqlar izah edilib".

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun görüşündə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün səylərin artırılmasının zəruriliyi vurğulanıb.

Bu barədə Rusiya XİN məlumat yayıb.

"Regional məsələlərin müzakirəsi kontekstində 2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin artırılması zərurəti təsdiqlənib", - deyə məlumatda bildirilir.

Ruisya XİN bildirib ki, tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə edib.

"Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 22 fevral 2022-ci il tarixli Müttəfiq Qarşlıqlı Fəaliyyəti haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi üzrə gələcək birgə addımlar müzakirə edilib.

Tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər beynəlxalq və regional məsələlər, o cümlədən "Xəzər beşliyi" çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar", - deyə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Görüş Xəzəryanı Dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Moskvada keçirilən iclası çərçivəsində baş tutub.

 

Son dövrlədə geosiyasi proseslər nəticəsində qırılan logistik zəncirin yenidən bərpasında Azərbaycan mühüm əhəmiyyət kəsb edən ölkəyə çevrilib.

Bunu Baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, logistik zəncirin yenidən bərpasında Orta Dəhlizin aktuallığı artarab böyük əhəmiyyət kəsb etməkdədir.

“Azərbaycan Orta Dəhliz prosesində fəal iştirak edir. Bunun nəticəsidir ki, Azərbaycan Mərkəzi Asiya ilə Qərb arasında tranzit yükdaşımada mühüm rol oynamaqdadır. Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycan iqtisadiyyatına əlavə töhfə verəcək”, - baş nazir qeyd edib.

O əlavə edib ki, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizində daha fəal iştirak etmək və tranzit yükdaşımalarla bağlı 2024-26-cı il üçün fəaliyyət proqramı qəbul edilib.

Qarabağ iqtisadi rayonunun əraziləri olan Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və bütövlükdə işğaldan azad olunmuş rayon və şəhərlərin yerli xərcləri üzrə büdcədə 50 milyon manatdan artıq vəsait nəzərdə tutulub.

Bunu Milli Məclisdə çıxışı zamanı Baş nazir Əli Əsədov deyib.

O bildirib ki, hər il olduğu kimi gələn il də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiə potensialının və ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması əsas xərc istiqamətlərindən biri olacaq: “Müdafiə və milli təhlükəsizlik xərcləri üçün 2024-cü ilin dövlət büdcəsi xərclərinin 17,5 faizi həcmində və ya 6,4 milyard manatdan artıq vəsait nəzərdə tutulub. Bu da 2023-cü ilə nisbətən 366 milyon manat və ya 6 faiz çoxdur”.

Xəbər lenti